Əhmədova Günel - Firuz Mustafanın “At günü”
06.02.19

Ədəbi tənqid

Görkəmli nasir, dramaturq Firuz Mustafa hər zaman cəmiyyətin sosial, mənəvi problemlərini düşünən sənətkarlarımızdan olmuşdur. Onun hekayələri olduqca maraqlı və dərin mənalıdır. O, bir müsahibəsində belə demişdir: “Hekayə yazmaq bəlkə də roman yazmaqdan çətindir”. Bu fikrində tamamilə haqlıdır, çünki belə dərin mənaları hekayələrə yerləşdirmək heç də asan deyildir. Firuz Mustafa bu işi çox böyük ustalıqla yerinə yetirmişdir.

 Firuz Mustafanın hekayələri mövzu rəngarəngliyi ilə diqqəti cəlb edir. O, hekayələrində insan, cəmiyyət, mənəvi dəyərlərin zəifləməsi və bununla əlaqədar insanların həyatında baş verən hadisələri əks etdirir.

Firuz  Mustafanın “At günü” əsəri triptix-hekayədir. Yəni 3 hissədən ibarət hekayədir. Hissələri “Qaçış”, “İntihar" və “Son”dur. Triptix-hekayələrdə əsas problemlər ikinci hissədə öz əksini tapdığı kimi bu əsərdə də əsas hadisələr ikinci hissə olan “İntihar”da verilib. Bu hekayə mövzuya yanaşma və təqdimetmə baxımından tamamilə fərqli və orijinal bir əsərdir. Əsər olduqca düşündürücüdür. Belə ki, burada mənəvi-əxlaqi problemlər, insanların bəd əməllərindən doğan faciələr öz əksini tapmışdır. Mənəviyyatsızlığın törədə biləcəyi problemlər böyük ustalıqla nəzərə çatdırılmışdır. Bu əsər vasitəsilə biz insanların insanlığa yaraşmayan əməllərinin başqalarının həyatını necə məhv etməsinin şahidi oluruq. Hekayədəki iki qonşudan birinin timsalında insanların mənəvi dəyərlərdən necə uzaq olduğunu görə bilərik.

Əsər “Qaçış” hissəsi ilə başlayır. Dayça bir övlad kimi anasını çox sevir, ondan uzaqlaşdırsalar da, o, anasına çatmaq istəyirdi. Buna görə də o, var gücü ilə ilxıya tərəf qaçırdı. Əsərdə yazıçı dayçanın hisslərini belə təsvir edir: “Dayça elə bil hiss eləyirdi ki, göydəki «atlara» çata bilməyəcək. Amma nə оlsun ki? О nəfəsi kəsilincəyə qədər çapacaq, yalnız əldən-ayaqdan düşəndən sоnra ətirli оtların üstünə uzanıb sinəsi atlana-atlana, dərindən tövşüyəcəkdi. Qоy anası оnun necə fərasətli, qоçaq bala оlduğunu görsün. Qоy о “ilxı”dakı başqa atlar da оnun övlad sədaqətini görüb heyran qalsınlar...”.

Hadisələr dayçanın istəyinin əksinə inkişaf edirdi. İnsanlığa yaraşmayan əməlləri ilə qonşusunu ağır dərdlər dünyasına qərq edən, mənəvi dəyərlərin nə olduğunu bilməyən  qonşu dayça ilə anasını cütləşdirmək istəyir. Digər qonşu buna etiraz etsə də, bunun günah olduğunu söyləsə də, o, bunu anlamır. O belə deyir: “Nə оlsun ki, anasıdır?.. At üçün nə ana, nə bala?.. Eh, qоnşu sən də… At nə qanır ki, günah nədir? Rəhmətliyin оğlu, indi camaat öz arvad-uşağının, ana-bacısının təəssübünü çəkə bilmir. Sən də başlamısan kəhər elə getdi, dayça belə getdi… Atın namusunu çəkən оlmusan?”. Buradan biz artıq onun necə mənfi düşüncələrə sahib olduğunu anlayırıq.

İkinci hissənin adı da məqsədyönlü olaraq “İntihar” qoyulmuşdur. Dayça bu dəhşətə dözə bilmir. O, bunu özünə sığışdıra bilməyib özünü bərk yerə çırpır, intihar edir. Buradan görünür ki, dayçanın malik olduğu yüksək mənəvi-əxlaqi dəyərlərin bir zərrəsi belə o qonşuda yoxdur. Bununla o həm dayçanın, həm kəhərin, həm də qonşunun həyatını məhv edir. Belə insanlar cəmiyyətin mənəvi cəhətdən məhvinə gətirib çıxara bilər.

Hekayənin üçüncü hissəsi olan “Son”da qonşusunun əməlləri nəticəsində dərdlərə düçar olan qonşunun monoloquna geniş yer verilir. Buradan biz o mənəviyyatsız qonşunun daha əvvəldən də yaxşı qonşuya qarşı törətdiyi əməllərini öyrənirik. O, qonşusunun sevdiyi qızla evlənmişdir. Bununla o, qonşusunun həyatını, arzularını məhv etmişdir. Lakin o heç də bunlardan dərs çıxarmır, yenə də öz mənəviyyatsız davranışlarına davam edir. O, həmin qonşusunun yasında papiros çəkir, gülür. Biz bu əsərdə insanın insanlıqdan çıxmasının zərərlərinin şahidi oluruq. Burada C.Ruminin sözünü xatırlamaq yerinə düşərdi: “Biz elə məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə üzülür, bəzən isə şeytanlar insan olmadıqlarına görə sevinirlər”.

Firuz Mustafa mənəvi-əxlaqi problemləri, insanların mənəviyyatsızlığını bu əsərdə oxuculara qeyri-adi bir üslubla, orijinal yanaşma tərzi ilə çatdırır.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.