Aleksandra Akulova - Məhv olmuş insanlar və ya “Kukaraça”
04.02.19

“Mən, nənəm, İliko və İllariyon”... əksər azərbaycanlı oxucular Nodar  Vladimiroviç Dumbadzeni bu romanı  ilə tanıyır.  Yazıçının elə bir əsəri yoxdur ki, müharibə və onun insan həyatında buraxdığı iztirabları  əks etdirməsin. Oxucular var ki, ədəbiyyatda müharibə mövzusundan yan keçir. Soruşanda niyə? Verdikləri cavab bir mənalı olur: “müharibədir də olub qurtarıb, bir də qanımızı niyə qaraldaq?” Bu cür oxuculara Nodar Dumbadzeni oxumağı tövsiyyə edərdim.  Yazıçının əsərlərində  gələcəyə nikbin baxış, uşaqlara, gənclərə inam və ən əsası ümid vardır. Həyatının çətin anlarına baxmayaraq, o, insanlara olan məhəbbətini itirməmişdi.  Nodar Dumbadze “Əbədiyyətin qanunu” əsərində yazırdı: Nifrətdən daha çox insan ölür, nəyinki sevgidən. Sevgini dirildin və mən  ölülərin arasından zühur edəcəyəm. İnsanlar, yalvarıram sizə, mənə tükənmiş məhəbbəti geri qaytarın, geri qaytarın ki, sizin yanınıza dönə bilim”.  

1937- ci il repressiyası Nodarın xatirələrində sağalmaz, dərin izlər buraxmışdı. Xatirələrində deyirdi: “İllər sonra anamla mən görüşdük. Onu yaxşı xatırlamırdım, o isə məni tanımadı. Bu faciə idi..”. Bu tək günahsız Nodarın deyil, bütün bəşəriyyətin faciəsi idi.

Dumbadzenin ədəbiyyata bağlanmasında  anasının böyük rolu  oldu. Ali təhsilli qadın olan Anna Puşkin, Nekrasov və Mayakovskini oğluna sevdirir. O, anasını özünün ilk mənəvi müəllimi adlandırırdı. Repressiya və dəhşətli müharibə Nodar Dumbadzeni antihumanist insana çevirmədi, amma ömrünü qısaltdı. Cəmi  56 il yaşadı.

Bu yazımda Nodar Dumbadzenin “Kukaraça”  povesti haqqında danışmaq istəyirəm. İlk öncə bu sözün etimolomologiyası ilə tanış olaq. “Kukaraça” ispan mənşəli söz olub “tarakan” deməkdir. İspan dilində, korrido janrında olan  satirik  xalq mahnısı da mövcuddur. Hələ 1930-cu illərdə minlərlə Sovet vətəndaşı “La kukaraça” mahnısını zümzümə edirdi, amma az adam bilirdi ki, bu mahnı uzaq Meksikadan qaynaqlanırdı. İspanların Meksiya gəlişindən və koloniyalardan yazmaq fikrində deyiləm. Qısaca olaraq qeyd edim ki, meksikalılar ispan məmur və zabitləri kukaraça adlandırırdılar. Sözün  həqiqi mənada tarakanla heç bir əlaqəsi yoxdur. Meksikada belə bir dəb vardı : zabitlər uzun bığ saxlayırdılar. Vəzifə yüksəldikcə bığ da uzanırdı. Bu səbəbdən Meksikada qulluq edən bütün məmurları tarakan deyə çağırmağa başladılar, yəni tarakan bığlılar. Tədricən meksikalılar arasında məşhur xalq mahnısı yayılır və həmin mahnı Meksika inqilabının himninə çevrilir. Mahnının bütün varintlarında hökumət orqanlarının “qara” adamları çıxış edirlər.

Nodar Dumbadzenin  povestinin əsas qəhrəmanı Georgi Tuşuraşvilini də Kukaraça deyə çağırırlar. Nodarın qəhrəmanı Meksika məmurlarından fərqli olaraq qara qüvvələri deyil, işığı, gözəllik və sevgini təmsil edir. Kukaraçanın qəlbi okean qədər böyük idi. Kəmiyyətcə çox, amma cılız olan Murtalo kimilər onu məhv edir.

Yazıçı Kukaraçanın dili ilə şirin yumor və tənbehlə danışsa da, özünün intellektual, bəşəri düşüncə tərzini də sərgiləyir. Kukaraça nahaq yerə demirdi, biz hamımız bu dünyanının adamlarıyıq, faktiki olaraq eyni dildə danışırıq, ancaq bir-birimizi dinləyə bilmədiyimiz üçün anlaşa bilmirik... Kukaraça da insanları həmrəyliyə səsləyirdi. Gürcü polisi obrazını təmsil edən Kukaraça indiki durumda bizə nə qədər məhrəmdir... İnsanların yadlaşdığı, müqəddəs insani dəyərləri itirdiyi kapitalizm dövründə Kukaraçanı anlamaq çətindir. Yeniyetmələrin həssas dövrünün olmasını  nəzərə alaraq onları mühafizə edir, pis vərdişlərdən çəkindirir, ən əsası valideynlərini aldatmalarına göz yuma bilmirdi. Bu baxımdan Tamaza olan münasibətini qiymətləndirmək kifayətdir. Şən və qayğısız yeniyetmələr gah bağları soyur, gah balıqları zəhərləyir, gah da siqaret çəkirdilər. Bütün bunlardan xəbər tutan Kukaraça “cinayətkarları” zərərləşdirirdi. Nə olur olsun Kukaraçaya olan hörmət azalmırdı. İllər keçəcək və elə Tamazın özü olan Nodar Dumbadze Kukaraçanı yuxularında görəcəkdir. Kukaraça iyirmi iki yaşlarında gənc polis işçisi o isə əlli yaşlarında bir kişi...

Ədəbiyyat  insanları mənəvi yüksəkliyə qaldırır. İstənilən oxucu hansısa bir əsərdə özünü görə bilir. Bu artıq yazıçının peşəkarlığı, insan psixologiyasına bələd olması və həyatı dərketmə dərəcəsindən asılıdır. Xoşbəxt o yazıçıdır ki, oxucunu düşündürsün. Onu da öz iztirablarına və düşüncələrinə qonaq etsin. Nodar Dumbadze belə yazıçılardan idi.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.