Fatimə Zeynalova -  Firuz Mustafanın “At günü”
04.02.19

Öz fəlsəfi təfəkkürü ilə ədəbiyyatı vəhdətləşdirən 80-ci illər nasiri, dramaturqu Firuz Mustafa nəsrimizdə yeni cığır açmağa nail olmuş, yaradıcılıq üslubunu fərdiləşdirmişdir. Firuz Mustafa yaradıcılığının özəlliyi ondadır ki, o, ənənəvilikdən qaçmamış, əksinə ona müasirlik kredosu ilə baxmış, ənənəviliklə müasirliyi çulğalaşdırmışdır. O, kiçik janrla böyük söz demə ustalığına malik tək-tük sənətkarlardandır. “At günü” hekayəsi bədii qayəsi, orijinallığı ilə ədəbiyyatımızda yeni hadisə sayılır. O, heyvan təfəkkürü ilə insan mənəviyyatsızlığını qarşılaşdırır.

Üç hissənin hər birinə (“Qaçış”, “İntihar”, “Son”) ad verən müəllif simvolik olaraq atdan istifadə etmişdir. Azərbaycan ədəbiyyatında at kultu çox qədim ənənələrə söykənir. İstər atalar sözlərimizdə, istər xalq dastanlarımızda at qəhrəmanlıq, mübarizlik, məğrurluq simvolu kimi səciyyələnir. “Kitabi Dədə Qorqud” dastanlarında Bamsı Beyrək atını belə öyurdu:
At deməzəm sana qardaş deyərəm,
Qardaşımdan yey!
Başıma iş gəldi, yoldaş derəm.
Yoldaşımdan yey!

Firuz Mustafa “at”ı da  müxtəlif sınaqlardan  keçərək zirvəyə ucalır. O “qaçırdı”. Hara? Niyə  Nə üçün  Gəncliyin havası başında dolanan dayça azadlığa qaçırdı, göy üzü onun üçün azad olduğu tək yer idi, o da “ilxı”sına, “ana”sına qaçırdı. Əsarətdən qurtulmağa çalışan dayçanın cəsarəti reallığın, qarşıda yaranacaq təhlükənin qarşısını ala bilməmişdi. Onu azadlıq eşqi uçuruma – təhlükənin düz mərkəzinə gətirmişdi. Canavar pəncəsindən onu “insan səsi” xilas etmişdi. Başına gələnlərdən dərs çıxaran dayça artıq “ilxı”sını göy üzündə axtarmırdı. Böyüdükcə digərləri kimi, onda da öz cütünü seçmək hissi baş qaldırırdı. Lakin cinsi azadlıq hissi ona çox görülmüşdü. Sən saydığını say, gör fələk nə sayır... Pisliyi, riyakarlığı özünə “peşə” seçən dayça sahibinin qonşusu onun bu hissinə hiylə ilə əl atmağı planlaşdırırdı. Təklifi isə belə idi: dayçanı öz anası ilə cütləşdirmək. Dayça sahibi hər nə qədər etiraz edib bunun günah olduğunu desə də, qonşunun məkrli niyyəti onu inadından döndərir. Bədbəxt dayça bu çətin sınaqla üzləşməli olur.

Əsərin ikinci hissəsində “İntihar” da hadisələr qonşunun hiyləsi fonunda iştirak edir. Dayça birinci dəfədən qaçsa da, ikinci dəfə gözübağlı anası ilə cütləşir. Şəhvani hisslərin qurbanına çevrilən dayça bu hərəkəti özünə bağışlamır, günahı olmadığı təqdirdə özünü yerə çırpır, intihar edir, günahsızlığa qovuşur. At üsyan edir, insan namussuzluğuna, şərəfsizliyinə, alçaqlığına. Məğrurluq rəmzi hesab olunan at bu dəfə məğlubiyyətə düçardır. Bu, bir heyvanın ehtiras üzərində qələbəsidir. Bu, insanlığın mənəvi cinayətidir.

Əsərin “Son”u böyük ustalıqla qələmə alınmışdır. Dayça sahibi sadəlövh, məzlum insanların ümumiləşmiş obrazı kimi səciyyələnir. O, qonşunun hiyləsinə inanır, atı ölərkən əlindən heçnə gəlməyəcəyini bildiyindən ağlayır, qonşu mənəviyyatsızlığının qarşısındakı acizliyinə, zəifliyinə için-için ağlayır. Bu hissədə onun monoloquna geniş yer verilir, acı taleyi oxucu gözü qarşısında canlandırılır. Əfsus ki, o bunları qonşusuna deyə bilmir, onunla üz-üzə gəlməkdən abır edir. Dayça sahibinin başına gətirdiyi müsibətlərə baxmayaraq, qonşu yenə “arsız”dır. Qonşusunun yasında deyib-gülür, papiros çəkir. Yazıçı bu obrazın simasında “şəxsiyyəti şəxsiyyətsizləşdirir”. Başdan ayağa rəzil obraz kimi yaradilan bu obraz ali təhsilli olmasına baxmayaraq, mənəviyyatca sinifdə qalır. Əsərin sonu, doğrudan da, obrazların sonudur. Bu əsərdə şər cəzalandırılmır, sona qədər irəliləyir.

Firuz Mustafanın yazdığı hər bir əsərdə idrakla hiss eyni vəhdət təşkil edir. O, yaratdığı insan-heyvan ziddiyyəti ilə cəmiyyətə ziyan vuran, insan adına ləkə olan “qonşu”ları pisləyir.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.