Xosrov Barışan - Bu şəhrin küçələrində, nə gəzir dərddən savayı?!
01.02.19
AĞILLILAR ŞƏHƏRİ
Ağıllılar şəhərində Nə gördüm dərddən savayı? Hər cürə adam doğulur, Yaşayır, mərddən savayı!
Buludlarından qəm yağır. Yüküm tən gücümdən ağır! Çarasız, məcbur insanlar Baxır mənə fağır-fağır..!
Yağışda yuyunan bu şəhr Dumanlar şəhridir yəqin; Sənsizlik geyinib şəhər Ah çəkməksə nə qədr çətin!
Bu şəhrin vitrinlərində Mankən düzülüb yan-yana! Ruhumuza hökm edirlər; Acıq verirlər insana!
Bu şəhərin göylərində Sənin göyərçin əllərin, Öyrədir mənə uçmağı Deyir: “-Ölümdən qaç gilən Tap yaşamaq dəlillərin.”
Tablo dolu bu şəhərdə Tanrım niyə yol azıram?!, Yenə səni yamsılıram; Oturub şeir yazıram.
Bir dərvişəm, yol gedirəm; Mənim kəşkülümdür şeir. Kəşkülüm deyil incidən, Özüm özümü incidir.
Şair, ışıq qaçaqçısı... Bu şəhrin duvarlarına Qaranlıqlar dırmaşırlar! Gecə geyimli adamlar, Şair, kölgəndə yaşırlar!
Bu şuluq şəhərdə yalnız Kitab içində itirəm! Kimsə məni anlamayır (tapmır, qanmır!) Özüm özümə yetirəm.
Bu böyüklükdə şəhərdə Cismim ruhuma dar gəlir. Fikrim bütün qabar çalır; Dərdsizlər dərdlini əlir!
Göydələnlər şəhərində Gücsüzü əy, gücə əyil. Şair olmasam, bilirəm Yaşamaq çox çətin deyil.
Bu haylı, trafik şəhrdə Çatanmır sevən sevənə; Yoxsa aracları daşqa?! Hər zadı mən yarımçılıq Yaşadım, qorxudan başqa!
Ağıllılar şəhərində Əslində mən bir dəliyəm. Ağıllı rolun oynuram, Şeirlərin mən veliyəm.
Axşam olan bu şəhrdə Adamlar deyil qayıdan, Yalqızlıqdır, yazıqlıqdır Dörd düvarını ayıdan, Ev dediyinə qayıdan!
Bu şəhrin küçələrində Nə gəzir dərddən savayı?! Bütün adamlar satılır, Ölür, namərddən savayı!
|