Gülnar Səmanın “Sözümüz sözdür”kitabı nəşr olunub
30.01.19
Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət kitabı işıq üzü görüb.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə nəşr edilən kitabının elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi olan Gülnar Səmanın bu kitabında Elçin Əfəndiyev, Vilayət Quliyev, Aqil Abbas, Tahir Talıblı, Rəşad Məcid, İbrahim İlyaslı, Akif Səməd, Elşən Əzim, Saqif Qaratorpaq, İnci Okumuş və s. müəlliflərin kitabları haqqında məqalələrlə birgə, M.Müşfiq, N.Həsənzadə, F.Qoca, Z.Yaqub, M.Aslan, Y.Nəğməkar, M.İlqar, E.Zal, E.İsgəndərzadə, K.Qədim, B.Vüsal, M.Ələkbərli, B.Sadiq, Ə.Xələfli kimi şairlərin poemaları haqqında məqalələr toplanmışdır.
Gənc yazarlardan Pərvinin, Arzu Hüseynin, Nuranə Nurun, Emin Pirinin, Elməddin Nicatın, Faiq Hüseynbəylinin, Ramil Əhmədin, “Ruslan Dostəlinin, Elşad Ərşadoğlunun, Hafiz Hacxalılın, Şəfa Vəlinin, Şahanə Müşfiqin kitablarına həsr edilmiş məqalələrin yer aldığı toplu “Elm və təhsil” nəşriyyatında çap olunmuşdur.
Kitabda həmçinin H.Cavid, A.Əmrahoğlu, Ə.İslam, F.Mehdiyeva, M.İsmayıl, V.Yusiflı, İ.Cavadoğlu, V.Məmmədli kimi müəlliflərin həyat və yaradıcılıqlarına aid məqalələr də əks olunmuşdur. Kitabın üz qabığının fotoqrafı Nofəl Ümiddir.
|