Kənan Hacının romanı İranda nəşr olunacaq
23.01.19
Yazıçı Kənan Hacının "Fironun dəftəri" romanı İranda nəşr olunacaq.
Bu barədə cənublu yazar və naşir Elyar Polad öz facebook səhifəsində məlumat verib. Onun yazdığına görə roman Tehranda nəşrə hazırlanır və yaxın günlərdə işıq üzü görəcək.
"Fironun dəftəri" roman 2017-ci ildə nəşr olunsa indiyə qədər oxucu marağını itirməyib, haqqında müxtəlif yazılar dərc olunub.
Qeyd edək ki, Elyar Polad bu günə qədər, şimaldan olan bir sıra yazarların əsərlərini İranda nəşr edərək oxuculara tanıdıb.
Avanqard.net
|