Gürcüstanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək
23.01.19
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüb.
“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə qeyd olunub ki, mədəniyyət sahəsində əldə olunmuş nailiyyətlər ölkələr arasında mehriban qonşuluq münasibətlərinə əsaslanır. Tərəflər mədəniyyət sahəsində fəal əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduqlarını ifadə ediblər.
Görüş çərçivəsində həmçinin əməkdaşlıq haqqında gələcək planlar müzakirə olunub və 2019-cu ildə Azərbaycanda Gürcüstan mədəniyyəti, Gürcüstanda isə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi barədə razılıq əldə olunub.
|