Bakıda dünya şöhrətli bəstəkar Motsartın əsəri səsləndiriləcək
23.01.19
Fevralın 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edəcək.
Filarmoniyadan bildirilib ki, Xalq artisti Fəxrəddin Kərimovun dirijorluq edəcəyi orkestrin solistləri alt ifaçısı Rəna Rəhimova və skripka ifaçısı Rövşən Əmrahov olacaq.
Konsertdə görkəmli Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın “Simfonik konserti: Alt, skripka və orkestr üçün” əsəri ifa ediləcək. /Azərtac/
|