Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir
17.01.19
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu 1 vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir.
AMEA-dan bildirilib ki, vakant yer institutun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri vəzifəsidir. Müsabiqədə filologiya üzrə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, bu gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.
|