“Qobustan”ın qış buraxılışı çapdan çıxdı
07.01.19
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Qobustan” sənət toplusunun 2018-ci il üçün son sayı çapdan çıxıb.
Bu sayda da maraqlı materiallar yer alıb. Toplu baş redaktor Vaqif Əlixanlının Nurəngiz Gün haqqındakı “Qırx sətir” və Heydər Camal haqqında “Azərbaycan və rusun böyük filosofu” yazıları ilə başlayır.
“Dil ağacı” rubrikasında “Qobustan”ın “dəyirmi masası” ana dili məsələsini müzakirə edir.
“Yurd yeri” rubrikası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Burada Məsməxanım Qubadova “İki dost Cümhuriyyət yolunda”, Şair Məmmədov “Utanmasan oynamağa nə var ki...” yazıları ilə çıxış edirlər.
“Pərdə arxası” rubrikasında Anarın “Fatimə Rizayeva, ya Riza-zadə kimmiş?”, Esmira Nəzərlinin “Taleyin hökmüylə...” məqalələri yer alıb.
“Sarı sim”də Rafiq Hacıyevin “Əhsənin özü və tarı olmasaydı...” yazısı, Münhen orkestrinin baş dirijoru Fuad İbrahimovun müsahibəsi çap olunub.
Ələkbər Qasımovun “Naxçıvan teatrında “Həmzəyev dövrü”, Səfurə Əskərovanın “Əlcəzairdə o günlər” məqalələri “Xatirə çiçəyi” rubrikasındadır.
“Uzaq yaxınlar” rubrikasında Məleykə Məmmədovanın “Türk ulusunda toy”, “Suyunbikə və (İvan Qroznı), Sənubər Hacıyevanın “Luvrun bəyəndiyi özbək rəssamı” məqalələri, başqırd yazıçısı Kamil Ziqanşinlə söhbət yer alıb.
“Pillələr”də Bəyimxanım Vəliyeva “Havalansın Xanın səsi”, Günel Zeynallı “Üzeyir bəyin “Bahar nəğməsi”ni könüldən oxuyan”, Nərgiz Qulamova “Tamaşaçı rəğbətini qazanman asan deyil” məqalələri ilə çıxış ediblər. Bölməni Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi tamamlayır. /525.az/
|