“Metafizika” jurnalının 2018/4-cü sayı işıq üzü görüb
28.12.18
“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası rüblük elmi araşdırmalar jurnalının 2018-ci il üçün 4-cü sayı nəşr olunub.
Jurnalın bu sayında aşağıdakı məqalələr yer alıb.
Sevgi TÜTÜN. (Türkiyə)
XX və XXI əsrlərin təfsirçilərinin şərhləri kontekstindən hurufi mukattaya baxış (Türk dilində) Alaa əd-Din MAHMUD və Əhməd Abdulla NƏCM. (Misir) Qahirə İslam İncəsənəti Muzeyində saxlanılan Əmir İbrahim Qöviş Mustafazana məxsus təkkənin mərmər lövhəsi üzərində aparılan arxeoloji və bədii təqdiqatlar (Ərəb dilində) Könül HACIYEVA. (Azərbaycan) Təsəvvüf simvolikasının Xaqani əsərlərindəki təcəssümü (Azərbaycan dilində) Əli BAĞIROV. (Azərbaycan) Dünyanın yaranması və Quran ayələri ilə Böyük Partlayış nəzəriyyənin müqayisəsi (Fars dilində) Rauf MUSAYEV. (Azərbaycan) Eyler dairələri və sillogizmlər (Azərbaycan dilində) Vəhidə SADİQİ və Rıza HACIİBRAHİMİ. (İran)
Mümkünlük yoxsa aktuallıq? Timothy Villiamsonun fikirlərinin tənqidi təhlili (Fars dilində)
Beynəlxalq ISSN 2616-6879 nömrəsini alan “Metafizika” jurnalı “Google.Scholar” və “Turkish Educational Index” kimi nüfuzlu indekslərdə yayımlanır. Bundan əlavə, jurnal “İdealOnline”da qeydiyyata alınıb və “Ebsco” ilə indekslənir. “Metafizika” jurnalı Azərbaycandan ictimai elmlər sahəsində bu nüfuzlu indeksi alan ilk jurnaldır.
Jurnal “Open Access” formatındadır və Azərbaycan Respublikası ilə yanaşı, dünyanın nüfuzlu universitetləri və kitabxanalarına göndərilir, jurnalın metafizikajurnali.az internet səhifəsi 3 dildə fəaliyyət göstərir.
Jurnal altı dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) ictimai və humanitar sahələrdə elmi məqalə və araşdırmalar qəbul edir. Yeddi ölkədən tanınmış alimlərin təmsil olunduğu jurnalın Redaksiya heyətinə AMEA-nın müxbir üzvü Professor Könül Bünyadzadə sədrlik edir. Jurnalın baş redaktoru Dos.Dr. Ələddin Məlikovdur.
|