Nemət Mətin - Fridrix Dürrenmattın dəfnə çələngi
27.12.18

Fridrix Dürrenmatt 1921- ci ildə keşiş ailəsində dünyaya göz açıb. Daha dəqiq desək İsveçrənin Konolfingen şəhərində anadan olub. Psixoloji dedektiv janrının ustalarından sayılan Fridrix həm dramaturq, həm rəssam-ekspressionist, həm publisist, həm də teatr bilicisi idi. Əsərlərini alman dilində qələmə alırdı.
İsveçrəli yazıçının 3 yaşı olanda bacısı Broni doğulur. Ailəsi 1935 - ci ildə kasıbçılıq ucbatından Bernə köçürlər. Dünya böhranı o illərdə İsveçrəyə çox təsir etmişdi. Fridrix məktəb illərini “ən axmaq günlər” adlandırırdı. Oxumaqla arası olmayan Dürrenmatt təhsil sistemini, müəllimlərin dərs öyrətmə metodunu bəyənmirdi. Amma tale onu təhsillə sıx bağlayır. Tezliklə iki universitet bitirir. O dövrdə fəlsəfəni, ədəbiyyatı, incəsənəti dərindən öyrənir. Rəssamlığı yaxşı bacarsa da, rəsm əsərləri nümayiş olunsa da yazıçı qələmdən əl çəkə bilmir və sırf yazıçı olacağını qarşısına məqsəd qoyur. Bu, müharibə illərinə təsadüf edir. Bayırda 1941 - 1943-cü illərdi…
1946 - cı ildə ilk pyesini çap edirlər. O vaxtlar evlənir. 1950 - ci ildə isə ilk romanı olan “Hakim və onun cəlladı” uğur qazanır və sonralar bu əsər alman məktəblərində oxunulur. 5 ailə üzvü çətin günlər yaşayır. Yazıçını kasıbçılıqdan radio xilas edir. O radio üçün pyeslər yazmağa başlayır. Bundan sonra uzun bir incəsənət dövrü başlayır. Artıq onun əsərləri dünya teatrlarında səhnələşdirilir. Bu məqaləmdə teatrlarda çox oynanılan “Böyük Romul” tragikomediyası haqqında danışacağam.
“Böyük Romul” əsəri qeyri - müəyyən tarixi komediya sayılır. Hadisə İsanın hüzurundan sonra 476-cı ildə, mart ayının 15-i səhərdən 16-na qədər davam edir. Əsər Roma imperiyasının sonuncu impertaroru haqqında olsa da, əslində tarixə baxsaq o dövrdə Romul hələ uşaq olub. Sadəcə yazıçı adları götürüb. Qalan hər şey onun təxəyyülünün məhsuludur. 4 hissədən ibarət əsər o qədər ustalıqla yazılıb ki, teatrda asanıqla səhnələşdirilir.
Roma imperiyası təsəvvür edin. Sonuncu imperatorun sarayı. Düşmən sayılan almanlar yaxın günlərdə saraya çatacaqlar. İmperiya ciddi şəkildə çökür. Soyuqqanlı imperator Romul qorxu hissinə qalib gəlib. Almanlar tərəfindən öldürüləcəyini yaxşı bilir və bu son günlərdə özünü itirmir. Əsl xarakteri indi üzə çıxır. İndiyə kimi sadəcə dövləti idarə edirdisə, indi ata, həyat yoldaşı və dost kimi danışır. İlk hissədə axmaq kimi görünür. Toyuqlarını yemləyir. Yumurtaları haqqında uzun-uzun söhbətlər edir. Digər hissələrdə isə necə dərin insan olduğu duyulur. Müəllifi sonralar memuarında qeyd edir ki, Romulu səhnədə oynamaq çox çətindir. Romulu sarsaq olduğu qədər sarsaq, ciddi olduğu qədər ciddi oynamaq lazımdır.
İmperiyanın əldən getdiyini görən xəzinədar qızılları götürərək aradan çıxıb. Romul saraydakı büstləri satır. Yaxşı yeyib - içmək üçün qızıldan hazırlanmış dəfnə çələngindən daha bir neçə qızıl qırıb otaq xidmətçilərinə verir. Artıq dəfnədə bir əlin barmaqlarının sayı qədər yarpaq qalıb. Həyat yoldaşı sarayı tərk etmək istəyərkən aralarında son söhbət olur. İmperator Yuliya (həyat yoldaşı) ilə son görüşdə səmimi olub deyir:

“ Sənin vətənin ola bilməz. Sən dövləti abstrakt ideyalarına görə sevirsən, axı o ideyalar sənin ərə gedib imperatriçə olmağına imkan yaradıb. ”

İmperator Romul qızı Reya ilə danışarkən əsl ata xarakteri ilə ona məsləhətlər verir. Qızcığaz dövləti varlı iş adamına ərə getməklə xilas etmək istəsəyir. Lakin bunu ondan sevgilisi, alman əsirliyində üç il yaşamış Roma zadəganı Emilian xahiş edib. Sevgiləri naminə Romanı xilas etməyə çağırır. Romul isə razı olmur və qızına deyir:
“ Əgər sənin hislərində zərrə qədər də olsa, həqiqi sevgi varsa, o hislər sizi ayıra bilməz. O səni rədd etsə də, onunla qalacaqsan, o cinayətkar olsa belə, sən onunla olacaqsan. O ki qaldı vətənə, sən ondan ayrıla bilərsən. Sənin vətən dediyin yer başkəsənlər üçün quldur yuvasına və fahişəxanaya çevrilibsə, onu özündən itələ, çünki o sənin sevginə layiq deyil.”
Həm güldürüb, həm də ağlatmağı bacaran Fridrix bütün parametlərdə ustadır. Otaq xidmətçiləri dövlətin gələcəyini düşünür, arxivlərin yandırılmasından gileylənirlər. Təhlükəsizlik naziri divanın altında yatır. Aşbaz toyuq tutmaqla məşğuldu. Hər bir detal elə incəliklə təsvir edilib ki, həmin dövrə səyahət etmək oxucu üçün rahat olur. Sanki məğrur imperator çıxış edir, oxucu isə onu eşidir. Hər bir obrazın ayrı-ayrılıqda xarakteri qorxaqlığı, soyuqqanlılığı, eqosu hiss olunur.
İkinci dünya müharibəsi görmüş yazıçı “Böyük Romul” tragikomediyasında müharibəyə etirazını bildirir. Böyük Romulun dilindən qeyd edir: “ Roma mərhəmətdən xəbəri ola-ola tiranlıq yolunu seçdi…” və ya Romul Avqustul alman knyazı Odoakra deyir: “ Çalış almanları və romalıları sülhə gətir”
Fridrix Dürrenmattın “Böyük Romul” əsərini oxuyanda bir neçə əsəri xatırladım. A.Kamyunun “Kaliqula” və Q.Q.Markezin “Patriarxın payızı” əsərləri yadıma düşdü. Hər üç əsəri oxumağınızı istərdim…

Manera.az

Yenililklər
05.05.21
Azərbaycan Nəşriyyatları İctimai Birliyi poster müsabiqəsi elan edib
04.05.21
“Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib
03.05.21
“Hədəf Nəşrləri”ndə müəllif tenderi iştirakçıları ilə görüş keçirilib
28.04.21
Balkan türklerinden İlhami Emin’in anısına
25.04.21
Türkiyədə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi keçirilib
25.04.21
Azərbaycan Nəşriyyatları İctimai Birliyinin növbəti toplantısı keçirilib
21.04.21
Milli Televiziyamızın bu günü
20.04.21
Üzeyir Əlizadə - Taleyə düşən 5-lər       
15.04.21
Tovuz döyüşləri haqqında sənədli film çəkilib
13.04.21
Xətainin “Dəhnamə”si nəsrlə təqdim edildi
13.04.21
Təranə Vahid - Qasırğa
10.04.21
Xəzər Universitetində Fransız dili bayramı
06.04.21
“Hədəf Nəşrləri” müəllif tenderi elan edir
30.03.21
Tanınmış kinoşünas Aydın Kazımzadənin yeni kitabı işıq üzü görüb
30.03.21
“Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb
30.03.21
Təranə Vahidin “Qarışqa təqvimi” Türkiyədə çap olunub
30.03.21
Qalib Şəfahətin "hekayələr kitabı Türkiyədə işıq üzü görüb
11.03.21

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olundu

09.03.21
Emil Rasimoğlu -  Tor qurub işıq dirəklərinə Tanrı...
08.03.21
Qadınlarımızı bəşəri sevgi ilə şərəfləndirən 8 Mart ucalığı
08.03.21
Erməni generalını boğan şəhid haqqında roman - İlk hissə
05.03.21
Əbdürrəhim bəy Haqvеrdiyеvin “Mоzalanbəyin səyahətnaməsi” əsərinin ifşaedici gücü
03.03.21
“Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıldı
26.02.21
Səxavət Sahil - İsa kimi Xocalı
26.02.21
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
25.02.21

Azərbaycan kitabları Fransa Milli Kitabxanasında

25.02.21
Nəcəf bəy Vəzirovun “Dələduz” pyesində dövrün həqiqətləri
24.02.21
Görünməyən mötərizələr – Fərid Hüseyn Salam Sarvanı tənqid etdi
24.02.21
“Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsində
23.02.21
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib
19.02.21
Nizami Gəncəvinin 880 illiyi münasibətilə İspaniyada xüsusi poçt markaları dövriyyəyə buraxılıb
19.02.21
Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb
19.02.21
Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək
18.02.21

“İzahlı dini terminlər lüğəti” nəşr olunub

18.02.21
Xalq şairi Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi
18.02.21

Prezident İlham Əliyev Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təbrik edib

16.02.21
Paşa Talıblı - Mənim şeirlərim başsağlığıdı...
16.02.21
Sabir Rüstəmxanlı yaradıcılığı haqqında monoqrafik tədqiqat
16.02.21
Mədəniyyət naziri ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.