Dillər Universiteti Konfutsi İnstitutlarının XIII Ümumdünya Konfransında iştirak edib
07.12.18
Dekabrın 4-5-də Çinin Çendu şəhərində dünyanın 140 ölkəsindən 2 minə yaxın iştirakçı - Konfutsi sinifləri və təşkilatlarının nümayəndələrini bir araya gətirən Konfutsi İnstitutlarının XIII Konfransı keçirilib. ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jihua da konfransda iştirak edib. Konfransın bölmələrində Konfutsi İnstitutlarının idarə edilməsinin təkmilləşdirilməsi, Çində təlim keçmiş müəllimlərin hazırlanmasında keyfiyyətin yaxşılaşdırılması, "Çin dili körpüsü" proqramının həyata keçirilməsi, regional Konfutsi İnstitutları ilə ikitərəfli əməkdaşlığın inkişafı Çin və xarici gənclər arasında mədəni mübadilə, rəqəmsal Konfutsi İnstitutunun yaradılması layihələrinin həyata keçirilməsi müzakirə olunub. ADU Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Rafiq Abbasov qeyd edib ki, Ümumdünya Konfransı Konfutsi İnstitutlarının təcrübəsini, digər ölkələrin həmkarları ilə əməkdaşlıq perspektivlərini və əməkdaşlıq sahələrini özündə birləşdirməyə imkan verib. R.Abbasov həmçinin əminliklə bildirib ki, Ümumdünya Konfransında Konfutsi İnstitutunun işini mədəni fəaliyyətinin effektivliyini artıracaq, İnstitutun akademik tədqiqatlarda və peşə hazırlığında rolunu gücləndirəcək, ADU-nun Konfutsi İnstitutu ilə Azərbaycanın digər universitetləri arasında "Konfutsi Araşdırmaları Proqramı" sayəsində əməkdaşlığı inkişaf etdirəcək, Konfutsi İnstitutunun "Təhsil Proqramı" effektivliyini artıracaq, Konfutsi İnstitutunun ictimai imicini yaxşılaşdıracaqdır.
|