Dilçilik İnstitutunda “Erməni dilinin qrammatikası” kitabının təqdimatı keçirilib
06.12.18
AMEA Nəsimi adına Dilçilik İnstitutunda ADU-nun baş müəllimi Hüseyn Əsgərovun “Erməni dilinin qrammatikası” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan akademik Möhsün Nağısoylu bildirib ki, Hüseyn Əsgərov uzun illərdir ADU-da erməni dilini tədris edir. Kitabda erməni dilinin əlifbasına, onun sait, samit sisteminə, nitq hissələrinə müraciət olunur. Kitabının ərsəyə gəlməsində məqsəd erməni dilinin təbliği deyil, gənc nəslə erməni dilini öyrətməkdir. Dərslik Azərbaycan dili ilə müqayisəli şəkildə yazılıb.
Sonra çıxış edən professorlar: M.Hüseynov, S.Sadıqova, Ə.Zeynalov, İ.Məmmədli qeyd ediblər ki, erməni dilinin öyrənilməsi, erməni tarixinə bələd olmaq, bu və digər məsələləri dəyərləndirmək baxımından da əhəmiyyətlidir.
|