Vüsal Bağırlı - Anamın səsi 
05.12.18

HEKAYƏ


Otağın kimsəsiz küncünə qoyulmuş köhnə dəbli məxməri kresloya yayxanaraq kanalları ard-arda dəyişir, baxmaq üçün uyğun film axtarırdım. Pult üzərində yayğın gəzişmələr edərkən hansısa xəbərlər buraxılışında göstərilən videoçarx diqqətimi cəlb etdi.

Qəzaya, iki geniş yolun kəsişməsində, işıqfora belə məhəl qoymadan yüksək sürətlə hərəkət edən tünd rəngli “Mersedes”in, perpendikulyar istiqamətdən gələn, açıq rəngli digər “Mersedes”ə zərblə dəyməsi səbəb olmuşdu. Kobud müdaxilədən, yəni toqquşmadan sonra,  açıq rəngli avtomobil yolun kənarında, günahkar minik vasitəsi isə yolun ortasında dayanmışdı.

Maşınların içərisindən qorxuqarışıq həyəcanla düşənlər özlərini, sağ-solunu,  qol-qıçlarını yoxlayır, sağ-qalıb qalmamaqlarını ayırd etməyə çalışırdılar.

Lakin, onların arasında bir qadının təlaşla var-gəl etməsi, elə bil itirdiyi hansısa qiymətli əşyanı təcili tapmaq istəmə israrı qəribə təsir bağışlayırdı. Birdən o, bir şeyi qəflətən xatırlayıbmış kimi, hövlanak avtomobilin digər tərəfinə keçdi və arxa qapıdan nəyi isə qucağına götürüb qarşıdakı yolun kənarına adladı. Burada o, qucağında tutduğu ən qiymətli varlığı, salamat qalmış körpəsini bağrına basır, onu duz kimi yalayırdı, sevinc göz yaşları tökürdü.

Pultun düyməsinə yüngülcə toxunmaqla televizoru söndürdüm və otağı qaranlığa qərq etdim. Eyvanla otağı ayıran geniş pəncərəyə yaxınlaşıb, şəhərin gecə mənzərəsinə tamaşa etməyə başladım. Bayaq izlədiyim veriliş, yol qəzası hadısəsi məni diksindirmiş, xatirələri oyatmışdı.
Təxminən 7 yaxud 8 yaşım olardı. Atamın körüm-köhnə  “nolonbir”ində irili-xırdalı, saysız-hesabsız maşınların arasında geniş şəhər magistralı ilə şütüyürdük.
 İlin hansı fəsli, yaz, yoxsa payız olduğu dəqiq yadımda deyildi, amma çiskinli bir gün olduğu kəsin idi. Maşında üçümüz idik, sükan arxasında atam, yanında mən, arxada isə anam.
Yadımdadır ki, hiper ehtiyatlı, olduqca diqqətli, qanunpərəst atam maşını bərk sürmürdü. Mən isə, həm valideynlərimin söhbətinə qulaq asır, həm də asta yağmur altında şəhər mənzərəsinin tədricən dəyişməsinə maraqla tamaşa edirdim.

Birdən, qəfləti təkan hiss etdim. Vəlvələdənmi, zəlzələdənmi,  ya köhnə təkərdənmi, ya da islanmış yolun sürüşməsindənmi avtomobil idarəetməni itirdi. Anamın “vay” qışqırığına, atam “heç nə edə bilmirəm, əyləc işləmir, saxlamaq olmur” cavabını verdi.


Əvvəlcə, eyni istiqamətdə və əks yolla  gələn maşınlarla  toqquşmamaq üçün  səkiyə çıxdıq, sonra oradakı piyadaları basıb əzməmək naminə ağaclığın içinə girdik. Qəzayla göz-gözə gəldiyimdə, instinktiv olaraq ölüm qorxusu bütün bədənimi cuğlamışdı. Arxadan anamın ağzı açılıb yumulur, mənə  nə isə deyir, qışqırırdı. Lakin səs heç-cür gəlib mənə çatmırdı. Yalnız özümü, yenə də özümü düşünür, hansı yolla, necə olur-olsun sağ qala bilməyin yollarını fikirləşirdim.

Maşınımız kələ-kötür, xiyabana bənzər yerdə ətalətli ləngərlə sağa-sola buruldu, hansısa çökəyə girib, atılıb- düşdü və ağaca dəyərək dayandı. Maşının ön hissəsi tamam əzilmiş, yararsız hala düşmüşsə də, xoşbəxtlikdən burnumuz belə qanamamışdı.

Həyəcan və qorxu hissləri keçdikdən,  tədricən özümə gəldikdən sonra, anamın qəza anlarında həyəcanla mənə baxaraq qışqırdığı sözlər beynimdə aydınlaşmağa başladı:
-    Oğlum, qapını aç, özünü yerə at, sən sağ qalmalısan.

Yenililklər
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
29.09.23
Bakıda “Türkiyə-Azərbaycan Qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi açılacaq
29.09.23
Qənirə Paşayevanın vəfatı ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun başsağlığı verib
27.09.23
Türk xalqları tərəfindən latın əlifbasının qəbulu vahid türk dilinin inkişafı üçün olduqca vacibdir
26.09.23
Səxavət Sahil - Ölüm nəğmələri - Şeirlər
26.09.23
Mahir Qarayev: “Yesenin, Axmatova bu imiş? Bəs deyirlər, Svetayeva...” - MÜSAHİBƏ
26.09.23
“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı başlayıb
26.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğızıstan Milli Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
24.09.23
Azad Qaradərəlinin əsərlərinin III cildliyinin təqdimat və müzakirəsi olub
23.09.23
Zərdüşt Əlizadə - Mütləq kamillik həsrəti
21.09.23
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
21.09.23
“Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” kitabı çap olunub
21.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Polşa ilə əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib
19.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Amsterdamda qədim türk yazılarına dair yeni sərgi açıb
29.08.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstanda beynəlxalq sərgi keçirib
13.08.23
Azad Qaradərəli - Vay-vayımız, Türkmənçayımız
13.08.23
Azad Qaradrəlinin əsərlərinin cildlər üzrə nəşrinə başlanıb
04.08.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla işbirliyi əlaqələrini daha da gücləndirir
30.07.23
Azad Qaradərli - Dekadansmı, renessansmı?
22.07.23
“Ədəbi Proses – 10 il” elmi-yaradıcılıq müşavirəsinin yubiley tədbiri keçirilib
18.07.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Vaqif Poeziya Günləri çərçivəsində yeni kitabını təqdim edib
12.07.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni nəşri Molla Pənah Vaqifə həsr olunub
08.07.23
Günay Əfəndiyeva Qoşulmama Hərəkatının Nazirlər görüşündə çıxış edib
05.07.23
Günay Əfəndiyeva Türkiyənin İseveçrədəki səfiri ilə görüşüb
03.07.23
 “Kitabqurdu” I Yay Oxu Marafonuna start verilib
03.07.23
Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə İsveçrə Konfederasiyasında konsert təşkil olunub
25.06.23
Diplomatik korpusun səfir və nümayəndələri Laçına səfər edib
19.06.23
“Qədim Türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib
19.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mükafatlandırılma mərasimi keçirilib
16.06.23
“Mikloş Radnoti və macar poeziyası” adlı tədbir keçirildi
16.06.23
Türkiyədə “Elçinə ərməğan” adlı kitab nəşr edildi
16.06.23
I Yay Oxu Marafonu keçiriləcək
14.06.23
Süleyman Çələbinin “Mövlud” kitabınınm təqdimat mərasimi keçirilib
14.06.23
“Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” kitabı işıq üzü görüb
06.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təmsil olunur
06.06.23
Günay Əfəndiyeva 21-ci Alanya Beynəlxalq Turizm və İncəsənət Festivalında iştirak edib
06.06.23
Vüqar Əhməd - Ədəbiyyatşünaslığımızın parlaq siması - Şirindil Alışanlı
01.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Polşadakı Səfirliyimiz Varşava Beynəlxalq Kitab Sərgisində təmsil olunub
31.05.23
XI ANAİB Kitab Sərgisi keçiriləcək
31.05.23
Günay Əfəndiyeva Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.