Xanəmir Telmanoğlu - Bir az günəşindən kəs şəms şəms...
04.12.18
Avanqard.net Xanəmir Telmanoğlunun "Şəms" şeirini təqdim edir.
şəms şəms şəms
ey dili qafil fil faili məchul fani f... axtaran şahın tapar hardasan hardasan hardasan çıx da baxım üzündəki axar sulara şəms saçlarında şirinləşən meynələrə tamahlanım gəl də görüm üzünü xərabət günlərin qurtulum məngənəsindən Şəms
adını içimdə itirmişəm dilimdə sələnən adının qalıqlarıdır adından geriyə qalan izlərdir sənin indi adın dilimdə səsdir adını xatırlasam içim də adının səsinə düşər alışar içim Şəms
mənim içim yoxdur şəms yoxdur içim sənin adının tutduğu itdiyi yer kimin ola bilər ki mənim içim yoxdur Şəms yoxdur içim adında gərək dolub daşan buludları ehtiyat saxlardın ya həzrəti şəms
nə işin nə işin bu suların axışıyla bəs bu rüzgarların toxunuşunda alacağın verəcəyin nə bir az günəşindən kəs şəms şəms amandır ayın hilala keçidində nurunu bir az gizlət şəms mən nəfəs və nəfs əhliyəm səni sənin adınla tanıram sənin yoxluğunun atəşini daha qınamıram şəms şəms
zəmanənin bitən gülləri fəqan eləyir əşyalar qırmızıya qırmızıya darışır harda bir söz görsən ürəyimin dibini qazıyır nə insaf nə mürvət nə məlhəm şəms şəms hər səsin hərfin ilk qoxusunu duyar duymaz yenidən mənaların hüzuruna gəlirəm özümü eşqə eşqə bu yolla təslim edirəm şəms
dünyaları atəşlərə verməyindən qorxuram
təkkələr zaviyələr hücrələr cami köşələrində quqquldaşan göyərçinlər onların titrək ürəkləri çiləxanələr bir də çiləxanələr bir də şəms çiləxanələr bir də ot basmış yolların uzantısına düşən qarşıqalar hardan bilim sənin də halını danışar faniliyə adını tutunca adını titrəyişlər işləyər iliyə şəms iliyə...
|