Kamal Abdullanın imza günü keçirilib
27.11.18
Noyabrın 24-də saat 14:00-da Park Bulvarda yazıçı Kamal Abdullanın “Unutmağa kimsə yox..” kitabının imza günü keçirilib.
İmza günü mərasimi “Qanun” nəşriyyatı tərəfindən təşkil olunub.
Nəşriyyat ötən ay Kamal Abdullanın “Unutmağa kimsə yox…” romanının II nəşrini oxucuların ixtiyarın verib.
“Unutmağa
kimsə yox…” son illərin ən çox müzakirə olunan əsərlərinin (“Yarımçıq
əlyazma”, “Sehrbazlar dərəsi”) müəllifi olan Kamal Abdullanın hələlik
son romanıdır. Nəşriyyat kitabı dil, ideya, üslub baxımından analoqu
olmayan fakt kimi dəyərləndirərək təkrar çap edib.
Kolumb
Hindistanı axtarıb Amerikanı kəşf edən kimi gənc alim naməlum bir
çiçəkli yazıda hamının gözlədiyi müharibələrin, padşahların,
sərkərdələrin taleyini yox, bir sevgi məktubunu deşifrə edir.
Paralel
dünyalar, möhtəşəm ahəng, hadisələrin üfüqi, Çiçəkli yazı… bütün bunlar
ilk baxışda sadə bir hadisənin fonunda əsər boyu canlı kimi nəfəs alır.
Bu
roman çap olunduqdan sonra Azərbaycan ədəbi mühitində geniş
müzakirələrə səbəb olub. Roman haqqında müxtəlif qəzet və internet
saytlarda müzakirələr aparılıb.
“Unutmağa kimsə yox…” müəllifin digər romanları kimi müxtəlif dillərə tərcümə olunur.
“Önsöz”ün
müəllifi İstanbul Yedditəpə Universitetinin dosenti Arif Acaloğludur.
“Ön söz”də roman müxtəlif aspektlərdən təhlil olunur, oxucuya əsəri daha
dərindən anlaması üçün ipucları verilir. Arif Acaloğlu romanı dil
sərhədlərini aşan və yalnız alternativ təhlillərlə qavranıla bilən kitab
kimi dəyərləndirir.
|