Gülnar Səma - "Ovcuma yığmışam xatirələri..."
23.11.18

"Sonun ardından başlayır bütün ilklər". Elə bu nağıl da beləcə başladı. Şair olub şeir kitabının olmamasına son qoyuldu, ilk şeirlər kitabı "Şahanənin nağılı"na döndü.

Bu nağılın qəhrəmanı gənc yazar kimi Prezident təqaüdçüsü, Gənclər və İdman Nazirliyinin mükafatçısı olan Şahanə Müşfiqdir. Onun "aybkitab" layihəsində çap olunan şeirlər toplusu daha təsəlli verə bilmədiyi üçün bir küncə çəkilib yazıq-yazıq baxan xəyalların acınacaqlı taleyini o qədər təsirli şəkildə sözə hopdurur ki, söz-söz susursan. Danışan isə səmimiliyi ilə ürəkləri fəth edən misralar olur:

Ağaclara yazdığım
Adında qalıb sevgim.
Bir də ki küçənizin
Yadında qalıb sevgim.

Sevmək və nəticədə "Tənhalıq... Güzgülərə olan qorxundur" - qənaətinə gəlmək özündə gizlətdiyi ağrıların izi ilə ələ keçir. O ağrıları əl boyda ürəyinə göy boyda sevgi verib, sevgisizlikdə boğulan bir insanın yaşam fəlsəfəsi kimi başa düşməmək mümkünsüzdür. Keçən hər dəqiqəsi günü yandıran bu insan həsrəti yuxu kimi min bir yerə yozaraq yaşamağın hər üzünə bələd olduğuna bütün səmimiyyəti ilə inandıra bilir. Yasaq sevdaya tamah salan Həvvanın qızı olaraq "Mən dağlar yandıran Tanrı ahıyam" pıçıltılarını, eşitmək istəyən hər bir qulağa söyləyir. Bu ahın mənbəyi də, mənsəbi də sevildiyinin fərqində olmayan seviləndir. Hələ ki, necə dəyər verildiyinin fərqinə varmayan həmin sevimli, üzünə gülən bəxti göz yaşları ilə hədələməklə məşğuldur. Gözlər isə sadəcə yaşarmaq üçün yox, həm də baxışlara can vermək üçündür. Ən orijinalı isə bu baxışların ağlagəlməz hədəfidir:

Baxışımı göndərdim
Yollarına sərilsin.
Üstündən keç, sevdiyim,
Ayağın toz görməsin!

Müqəddəsliyin ən içdən etirafı "Küçələrə su səpmişəm" mahnısında da ifadə olunub, lakin Şahanə öz fikirlərini o qədər özünəməxsus şəkildə təqdim edir ki, bənzərsizliyə təslim olursan. Hər şey isə dözülməsi mümkün olmayan sənsizliyə qalib gəlmək üçündür. Müəllif olaraq etiraf edir ki, "Mənim sənsizliyim yaman paxıldı, Sənli günlərimi gözü götürmür". Bu mücərrəd varlıqla düşmənçilik etmək məğlubiyyətlə yekunlaşar, amma özünümüdafiə qələbəyə zəmin yaradır: "Ovcuma yığmışam xatirələri, Sənsiz həyatımdan gizləmək üçün" - sətirləri sığına biləcəyi son ümid kimi nişan verilir. Bu da köməyə yetməyəndə "Bütün arzuları gözümdə boğub, Sevgim ürəyimdə yoxa çıxıram" - etirafı ilə üz-üzə qalırıq. Yoxluq ayrılıqların özünüifadəsidir. Hər ayrılığın isə gedənlə əl-ələ verməsi geriyə qalanındır. Və bu antitezaya özündən asılı olmayaraq pənah gətirərsən:"İlk dəfə sevdiyin biri son dəfə çıxıb gedəndə ayrılar canından can". Yaşam marağın bir başqa səmtə yön alar. Bir az da fəlsəfədə təsəlli arayarsan: "Həyatı asmışıq gözlərimizdən, Bir qırpım hər şeyin sonu deməkdi" - düşüncələri səni gözünü qırpmağa da qoymaz. Dünyamızın daha fərqli performansı ilə qarşılaşarsan:

Balığı suyundan atır özünü
Quşu göy üzündə yer tapa bilmir.
Dənizi qan qoxur,
torpağı cəsəd,
Heç kim bu dünyanın
gözünü silmir.

Bu dünya ən çox şəhid verərkən gözü yaşlı qalır və gözləri də yaşlı qoyur. Müşahidələrini ümumiləşdirən Şahanə Müşfiq "Şəhid" şeirində bütün faciələrin kəsişmə nöqtəsini göstərə bilir. "Sevgisini hayqırdığı gözlərindən sevgisinə yaşlar tökən nişanlı qız - Şəhid!" - tipli misralar da həmin kəsişmə nöqtəsinin nidalarıdır. Bu nidalar bəzən üsyankarlıq həddini də aşır, "Allahın da yoxdu, Allah, Səni tapşırram sevgimə" - sətirlərində olduğu kimi müxtəlif yozumluluq əmələ gətirir. İlk baxışdan qarğış təsiri bağışlayan bu misralarda Şahanə allahına qarşı ancaq sevgi nümayiş etdirə biləcəyini, onu yalnız sevgisinə hədəf edə biləcəyini etiraf etmişdir. "İlahi, bu dünyan hələ dözürsə, Borclusan bir ovuc düz adamlara" - deyərək sevgisinə qarşılıq haqqının olduğunu da gizlətməmişdir. Eləcə də, onun vətən sevgisi, azalmaqda olan bu hissin səbəblərini araşdırmağa, həmin səbəblərin həll edilməsi ilə vətənə sevginin əbədiyaşarlılığını sübut etməyə çağırışdır. "Manat-manat, qəpik-qəpik, kredit-kredit, qayğı-qayğı azalmısan övladının yaddaşından" - sözləri ilə həll olunması mümkün olan problemlərə görə vətəndən üz çevirənlərə acıyır, hər şeyin vətən üçün yaxşı olacağına ümid bəslənilir.
Şair, insanların yalanında güvəni intihar etmiş bir sevginin aqibətini də düşünür. "Eşq səmamdakı ən parlaq ulduzum, Bir dünyalıq insan içərisində yalnızlığımsan" - müraciəti ilə yerlə göy arasında özünə yer edə bilməməyin dəhşətini, acizliyin təntənəsini əks etdirir. "Günəşin başına dolanan dünya Yalanın başına dolanır artıq" - fikirlərində bir ümidsizliyə qapılır, amma "Yadındamı demişdim, Ən gözəl sevən kəsdir, Ən möhtəşəm unudan..." - xatirəsini yada salaraq möhtəşəmlikdən üz döndərməyəcəyini özünə etiraf edir. "Səssiz getmə, tutulacaq qulağım" - sətirlərində isə yalvarışdan daha çox gələcək üçün narahatlığın əndişəsi hiss olunur. Gedən isə ən çox darıxmaqla yad olunar. Bunun dözülməz olduğunu görən müəllif "Darıxmağı kim icad edibsə, onu görüm mənim kimi darıxsın" - deyərək özünə toxtaxlıq verir. Lakin fəsillər bir-birini əvəzləyir və gedənin dönüşü olmur:

Hər insanın öz fəsli vardır,
Dörd fəslim var mənim də...
Onun ilıq nəfəsi,
İsti qucağı,
Yağmurlu gözləri
Və...
Soyuq yoxluğu.

Bənzətmələr təşbehi mükəmməl sıralanma yaradan bu şeirdə yazdan qışa doğru bütün fəsillərin yolçusu oluruq. Hər birində o qədər incəliklə uyğunlaşdırılmış bənzərliyi görürük ki, bir andaca dörd fəsil yaşayırıq. Şahanənin "Cənnət və sevgi" şeirində isə sujet, əhvalatvari məzmun, bir-birinə məntiqlə bağlanan fikirlər öz Həvvasını cənnətdən vaz keçəcək qədər sevən Adəmin ayrılıq taleyinin sonra bütün sevənlərdə təkrar olunması gerçəkliyinə üsyan formasında qələmə alınıb. Nəyi qələmə alırsa, öz dünyasından yeni bir dünya yaradır Şahanə. "Gülüşünə and olsun ki, bilmirsən!" bu dünya nə qədər xoşbəxtdir sənin kimi bir sakini olduğu üçün. Səni sevmək göy qurşağında qar axtarmaqdır, "Gözlərindəki səmaya and olsun!" /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.