Nəriman Nərimanovun “Bahadır və Sona” fransız dilində
05.11.18
Nəriman Nərimanovun 1896-cı ildə nəşr edilmiş “Bahadır və Sona” əsərini son ildə fransız dilində nəşr edilən ilk Azərbaycan romanı hesab etmək olar.
Bu fikir “cecile.ch-baudry.com” saytının ədəbiyyat və roman bloqunda Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evi ilə bağlı yazıda yer alıb.
Yazıda müəllif Nəriman Nərimanov və onun romanı haqqında ətraflı məlumat verib. “Kəpəz” nəşriyyat evinin tərcümə nəşrlərinin maraqlı olması ilə bağlı oxucular məlumatlandırılıb. Nəşriyyatın gənc olmasına baxmayaraq, artıq nəşrlərinin uğurlu olduğu vurğulanıb.
Sonda müəllif nəşriyyatın dərc etdiyi Hüseyn Abbaszadənin “Hardansınız, Müsyo Abel?” kitabını oxuduğunu bildirərək, Azərbaycan yazıçılarının əsərlərinin maraqlı olmasını diqqətə çatdırıb. /Azərtac/
|