Anar Müşfiqin ehtimal olunan qalıqlarının tapılmasından danışdı
25.10.18
“O zaman bizim nakam şairimiz layiqli şəkildə dəfn edilər” “O sümüklərin Mikayıl Müşfiqə aid olduğu dəqiq təsdiq olunmasa, bir söz deyə bilmərəm”.
Bu sözləri açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib.
O deyib ki, Mikayıl Müşfiq güllələndikdən sonra nəşi dənizə atılmayıb basdırıldığı və o sümüklərin doğrudan da Müşfiqə aid olduğu təsdiqlənərsə, bu, çox böyük hadisə olar: “O zaman bizim nakam şairimiz layiqli şəkildə dəfn edilər. Qəbri, məzarı da ziyarətgaha çevrilər. Amma gərək dəqiq təsdiq olunsun. Bu isə asan məsələ deyil. Mənə hələ ki, heç kəs heç nə deməyib. Axtarışlarla mütəxəssislər məşğul olur. Biz də gözləyirik. Təsdiq olunsa, onun dəfn edilməsi işlərində Yazıçılar Birliyi də iştirak edəcək”.
/Mirmehdi, Aznews.a/
|