“Rotunda Jazz Club”da Azərbaycan musiqisi axşamı keçirilib
23.10.18
Oktyabrın 22-də “Rotunda Jazz Club”da Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində Azərbaycan musiqisi axşamı təşkil olunub.
Tədbirdə istedadlı cazmenlər Nurlan Abdullazadə, Əfqan Rəsulun triosu və Elvin Bəşirovun qrupu tamaşaçılar qarşısında çıxış ediblər. Onların ifasında populyar caz hitlərinin improvizələri və müəllif kompozisiyaları səslənib.
Böyük maraqla qarşılanan konsertdən sonra jam-session olub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Jazz Dünyası” jurnalının dəstəyi ilə keçirilən və 14 ölkədən gəlmiş musiqiçilərin iştirak etdiyi Beynəlxalq Caz Festivalı oktyabrın 28-də başa çatacaq.
|