Türk Dil Qurumunun rəhbəri Nəsimi adına Dilçilik İnstitutunda olub
23.10.18
Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gürsevin Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda olub.
Dilçilik İnstitutundan bildirilib ki, bu elmi müəssisənin direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan və Türkiyə elmi-ədəbi əlaqələrindən danışıb. Akademik institutdakı şöbələr, onların strukturu və vəzifələri barədə qonağa ətraflı məlumat verib.
Türk Dil Qurumunun rəhbəri Gürer Gürsevin şöbələrin əməkdaşları və fəaliyyət planları ilə tanışlıqdan məmnun olduğunu bildirib, elmi-tədqiqat işlərinin aparılmasında Azərbaycan dilçiləri ilə yaxından əməkdaşlıq edəcəyini söyləyib.
|