Millət vəkilinin kitabında biabırçı səhvlər - "Məni Fərhaddan fələk də ayıra bilməz, mama" - FOTOFAKT
16.10.18
Millət vəkili Hüseynbala Mirələmovun kitabındakı səhvlər sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
A24.Az xəbər verir ki, tanınmış yazıçının “Axirətdən
gələn zəng” kitabındakı eyniadlı pyesdə müəllifin tituluna yaraşmayan
xeyli sayda səhv var.
Üslub, təhkiyə baxımdan primitivliyi ilə diqqət çəkən cümlələrə sosial şəbəkədə qınaq obyektinə çevrilib.
Belə ki, kitabda küli miqdarda orfoqrafik səhvlərlə yanaşı,
Azərbaycan dilində olmayan sözlərdən istifadə olunub. Paylaşılan
səhifələrdə ədəbi dilə uyğun olmayan primitiv dialoqlar oxucuda ikrah
yaradır.
Bir səhifədə 12 orfoqrafik səhvə yol verilib və lüğətimizdə olmayan
xeyli sözdən (“Xoşbaxt”, “kayb”, “tok”, “stipendiya” – nəzərə alaq ki,
bu sözlərin hər birinin dilimizdə işlək qarşılığı var) istifadə edilib.
Məsələn, cümlələrin daxilində istifadə olunan “dedilər”, “bəs”, “olsa
da” və s. kimi ifadələrdən sonra zəruri olduğu halda vergül işarəsi
qoyulmayıb.
Mətnin əksər hissəsi püxtə yazıçıya yaraşmayan “Hələ dünən elə bu
vaxtı burda mən sizinlə söhbət edəndə dul qadındım” kimi sintaktik
cəhətdən uğursuz cümlələrdən ibarətdir. A24.Az
|