Nicat Qafuroğlu ARB:24 Televiziyasının Baş Prodüseri təyin edilib
09.10.18
Rejissor Nicat Qafuroğlu ARB:24 Televiziyasının Baş Prodüseri təyin edilib.
Bu barədə rejissor Fecabook sosal şəbəkəsində məlumat verib: "ARB:24 Televiziyasının Baş Prodüseri təyin edildim."
Qeyd
edık ki, Nicat Qafuroğlu 1984-cü ildə Kürdəmir rayonunda
anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin psixologiya
ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
2002-ci ildə bir
qrup gənc jurnalistlə "Gənclər üçün" adlı qəzet təsis edib. 2003-2005-ci
illərdə "Ədalət" gündəlik ictimai-siyasi qəzetdə müxbir kimi fəaliyyət
göstərib.
Daha sonra İctimai Televiziya və Radio Yayımları
Şirkətinin xəbərlər departamentində müxbir, böyük redaktor və xəbərlər
proqramının aparıcısı kimi fəaliyyət göstərib, "Gənclik meydanı"
verilişinin müəllifi və aparıcı olub.
2010-cu ildə "Biz
Production" MMC-ni təsis edib. 2010-2011-ci illərdə "Milli musiqilərin
ekranlaşdırılması" layihəsini həyatab keçirib. "Ultionis” tammetrajlı
bədii filmini ekranlaşdırıb.
2014-2016-cı illərdə Azərbaycanın
ilk xəbər televiziyası Türkel TV-nin baş redaktoru olub. Həmçinin
"Gündəm" gündəlik analitik-informasiya proqramının müəllif-aparıcısı
olub. 100-lərlə araşdırma televiziya reportajının müəllifidir.
2016-cı ildən Aran Film Yaradıcılıq Mərkəzində rejissor kimi fəaliyyət göstərir.
2011-ci
ildə "Aranda bir gün" adlı sənədli ekran əsəri ilə Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi turizm filmləri
festivalında "Ən yaxşı etnoqrafik film" nominasiyasında qalib olub.
Avanqard.net
|