“Literaturnıy Azerbaydjan”ın yeni sayı nəşr olunub
08.10.18
Bugünlərdə “Literaturnıy Azerbaydjan” jurnalının növbəti sayı çap olunub.
Jurnaldakı yazılar “Nəsr”, “Poeziya” və “Publisitika” bölmələrində toplanıb.
Bu dəfə jurnal Xalq yazıçısı Elçinin hekayələri ilə başlayır. Ondan başqa “Nəsr” bölməsində Tahir Əlinin “Mirzə Xəli və torbadakı pişik”, Yelena Andreyevnanın “Pitsa və Bethoven” hekayələri, Şirin Manafovun “Ağ” komediyası yer alıb.
“Poeziya” bölməsi Rəşad Məcidin şeirləri ilə başlayır. Şeirləri rus dilinə Səlim Babullaoğlu tərcümə edib.
Bölmədə həmçinin, İnessa Lovkova, Vitali İqolnikov və Elina Mahmudovanın şeirləri də çap olunub. Bölmənin xüsusi “Tofiq Ağayev-85” rubrikasında isə oxucular Yelizaveta Qasımovanın yubilyarın həyat və yaradıcılığına həsr olunmuş məqaləsi, eləcə də T.Ağayevin şeir və tərcümələrilə tanış olacaqlar.
“Publisitika”da isə üç məqalə yer alıb. Bunlar Alina Talıbovanın “Və həyat...və göz yaşları...və sevgi”, İbrahim İmaməliyevin “Müəllif mahnısının patriarxı” və Tahir Cəfərovun “Köhnə şəklin tapmacası” məqalələridir. /525.az/
|