Vasif Əlihüseyn - Qayıt, qadınsız kişilərin tək qaldığı yerə
02.10.18
SƏNİ BU ŞƏHƏRDƏ TAPMAQ ÇƏTİNDİ
Mən ən çox anamın şəklini siləndə təmiz şüşə sildiyimə görə sevinirəm sən bilmirsən axı, sevdiyim qadını ən çox anam olsun deyə oxşayıram oxşayıram ki, anam yuxuma girsin oxşayıram ki, qadınsız qalmış təndirinə çörək yapsın...
Mən ən çox kəndimizə anamın məzarına görə gedirəm gedirəm ki, anam sevinsin sən də sevin, qadın sevin ki, səni anam kimi sevdiyimçün
Atamın uzaqlarda olması bəlkə də anamın ən böyük ayrılığıdı başqa dildə danışan qadınlara qısqanır onu başqa dizlərdə qatır atam qadınsızlığının başını
indi bir uşaq adı tapmaq qədər çətindi səni bu şəhərdə tapmaq nə olar qayıt, qadınsız kişilərin tək qaldığı yerə
QOLLARI ARXASINA QANDALLANMIŞ MƏHBUS KİMİYƏM
Məni görmədiyin gecələrdə nə qədər ağlamısansa hamısı susuzluğumu yatırdıb
şəkillərimə baxdıqca daha çox gözümə görünmüsən
qolları arxasında qandallanmış məhbus kimiyəm
sən gül gözləyirsən məni isə əlvida demək üçün əyilmişəm qulağına pıçıldamağa.
SÜPÜRGƏÇİ QADIN
hər gün yol süpürürsən hər gün işin zülmdə bir qarışından keçir sənin hər gün ölüm də
yol süpürüb zibili, torbaya atan qadın yollarda od qalayıb isinib, yatan qadın
bilirəm imkanın yox haray-həşir bu səsdə yoldaşın atıb gedib uşaqların da xəstə
o nimdaş geyimini yusan da təzələnməz yollara zibil atar qədrini bilməyən kəs
bax, haçandı yox idin bilmirdik ki, neynirsən təzə gödəkcən gəlib uşaqtək sevinirsən
|