Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Məmmədli beynəlxalq konfransda iştirak edib
26.09.18
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, DGTYB- nin məşvərət şurasının üzvü, dosent Pərvanə Məmmədli 19-21 sentyabr tarixlərində Qazaxstanın paytaxtı Astanada, Qazaxstan Milli İncəsənət Universitetinin keçirdiyi beynəlxalq elmi konfransda iştirak edib.
Beynəlxalq konfrans tanınmış qazax yazıçısı və kinodramaturqu, Qazaxstanın dövlət mükafatı laureatı, beynəlxalq Frans Kafka mükafatı lauteatı, professor Akim Tarazinin 85 illiyinə həsr olunub. Konfrans Akim Tarazinin uzun illər çalışdığı Qazaxstan Milli İncəsənət Universitetində keçirilib. Konfransda xarici ölkələrdən, o cümlədənTürkiyə, İspaniya, Azərbaycan, Özbəkistan, Rusiyadan və digər ölkələrdən alim və yazıçılar iştirak edib. Üç gün davam edən beynəlxalq elmi konfransda yubilyarın elmi-bədii yaradıcılığı haqqında məruzələrlə yanaşı, müəllifin çoxsahəli yaradıcılığına həsr olunan Nazirə Rəhmanqızının “Akim Tarazi kinodramaturq kimi; Ssenaridən filmə qədər”, Ularbek Nurqalımoğlının “Yazıçı qəlbi. Akim Tarazinin əsərində mili psixologiya” kitablarının təqdimatı da keçirilib. Eyni zamandqa Akim Tarazinin ssenari müəllifi və rejissoru olduğu filmlər “ Mustafa Şokay”, “Karaş aşırımında atəş” və s. filmlərin nümayişi olunub.
Elmi konfransda türkiyəli araşdırıcı Cəmilə Hınaçı, özbəkistanlı Mehmon İslamkulov və həmyerlimiz Pərvanə Məmmədlinin məruzə və çıxışları böyük maraqla qarşılanıb. Pərvanə Məmmədlinin təşəbbüsü ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı universitet tələbələri üçün keçirdiyi “Master-klas” tələbələrdə böyük maraq oyadıb, ölkəmizi daha yaxından tanıdılmasına kömək edib.
Beynəlxalq elmi konfransın sonunda Pərvanə Məmmədliyə Qazaxstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin və Qazaxstan Milli İncəsənət Universitetinin özəl serfikatı təqdim edilib.
|