Anardan “Təhminə və Zaur” serialına reaksiya: “Ssenaridən xəbərim yoxdu”
19.09.18
Bu yaxınlarda ATV kanalında "Təhminə və Zaur” serialı efirə verilib. Serial tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında çəkilən "Təhminə və Zaur”un rejissoru Sain Qəhrəmandır. Ekran işində Təhminə obrazını Natavan Ələkbərova, Zauru Cövdət Şükürov, Spartakı Cavidan Novruz canlandırıb.
Adalet.az məsələ ilə bağlı Xalq yazıçısı Anardan münasibət öyrənib. Yazıçının dediyinə görə, serialın ssenarisindən xəbəri yoxdur: "Ssenaridən xəbərim yoxdur. "Təhminə və Zaur”u serial kimi çəkmək istədiklərini dedilər mənə. Mən də razılaşdım. Amma dedim ki, bir şərtim var, ssenariyə baxım. Onlar da ssenarini göstərəcəklərini dediklər. Lakin nə ssenaridən xəbərim oldu, nə də serialın çəkilişindən. Eşitdim ki, artıq çəkilib”.
Adalet.az
|