Rizvanə Behin Tehranda yaşayır. 1961-ci ildə Təbrizdə doğulub, atası Qazaxdan olduğu üçün bir yaşında ikən Azərbaycana gəlib, Bakıda yaşayıb. Orta məktəbi bitirdikdən sonra Neft-Kimya İnstitutuna daxil olub, oranı 1983-cü ildə qırmızı diplomla bitirib. Neft mühəndisi olsa da həmişə ədəbiyyatı, xüsusilə də poeziyanı sevib. İlk şeirini üçüncü sinifdə yazıb. İnstitutu bitirdikdən sonra Elmlər Akademiyasında işləyib, anası iranlı olduğuna görə İrana qayıtmaq istəyib, 1984-cü ildə İrana qaıdıblar. İrada neft şirkətində işləyir və həmişə özünü Azərbaycana borclu sayır. Milli musiqimizə, muğamatımıza, ədəbiyyatımıza həmişə marağı olub. Bakıya tez-tez gəlir. Avanqard.net Rizvanə Behinin bir neçə şeirini oxuculara təqdim edir.
Köhnə məhləmizdə bir “dəli” vardı.
Heyf
Ürəyim bir sınmış güzgüyə bənzər,
Orda surətin də çilik-çilikdir.
Onu sən sındırdın, ürəyimə yox,
Sənin surətinə heyifim gəlir.
(Sevgilisi dənizdə
işləyənlərin dilindən)
Dənizə gedirsən, məni də apar,
Apar göy dalğalar sinəsində sən.
Məni iztirabın köksündən qopar,
Boğulum o dəniz gözlərində mən.
Xəzərin səsini dinləyək birgə,
Sehirli dünyaya məni də apar.
Sularda iz salsın qoy qoşa kölgə,
Başımız üstündə yansın ulduzlar.
Dənizdən titrəyən külək səsinə
Qatım sinəmdəki haray səsimi.
Dalğalar can versin cansız qəlbimə,
Ulduzlar dinləsin nəğmələrimi.
Dənizə vurğunam, bir də ki sənə,
Dərinsən mənimçün dənizlər kimi.
Gəl son qoy, əzizim, sənsizləyimə,
Dənizsən, dənizə qovuşdur məni.
QarpızSəhərdən axşamacan
Yağış yağır - tərif yağışı.
Hamı tərifləyir bir-birini,
Gördüyünü, eşitdiyini,
Görmədiyini, eşitmədiyini,
Bildiyini, bilmədiyini.
Tərifləyənlər cılızlaşır,
Təriflənənlər qürrələnir,
Başlar şişir, böyüyür,
Yenə yağış yağır tərif yağışı.
Eyni sözləri eşitməkdən deyən xəstələnirəm,
Gözlərim zəifləyib,
Hara baxıramsa baş yerinə
Şişmiş qarpız görürəm.