Mirmehdi Ağaoğlu: İşləmək baxımından insan heyvanların ən bədbəxtidir
03.09.18

İş(sizlik) haqqında esse

İşsiz günlərimdə belə bir şey yazmağım bilmirəm nə dərəcədə doğrudur. Amma hər halda mənə elə gəlir ki, işləmək insanın təbiətinə ziddir. İnsan ömür boyu çalışmaqla yalnız ona verilmiş bu unikal həyatı-ərmağanı boşa xərcləməkdədir. Kant deyir ki, insan işləməyə məcbur olan yeganə heyvandır.

İnsan doğulur, böyüyür, yetkinlik yaşına çatandan sonra isə (bəzən daha tez) zor-xoş iş həyatına atılır. Bir də gözünü onda açır ki, ömrü bankda kassirlik eləməklə, neçə nömrəlisə avtobusun sükanı arxasında şoferlik eləməklə, məktəb lövhəsi qarşısında dərs deməklə, əlində jezl yol qırağında dayanıb qaydaları pozan avtomobilləri saxlamaqla və sair və ilaxırla keçib, “səhər naxıra, axşam axura” prinsipi ilə xərclənib gedib (Bu hissləri Dino Buzzati “Tatar çölü” romanında çox aydın verib. Arzulayanlar tapıb oxuya bilərlər, Azərbaycan dilində nəşr olunub).

Böyük bir ömür kimin üçünsə, nə üçünsə robot kimi işləməyə həsr olunub, vəssəlam. Nə həyatdan kam ala bilmisən, nə də günlərini doya-doya yaşamısan.

İnkişaf etmiş ölkələrdə yenə bunun bir kompensasiyası mövcuddur, pensiyaya çıxanlar qalan ömürlərini səyahətə xərcləyib cavanlıqlarının heyfini alırlar. Aydın məsələdir ki, buna pensiyaları da imkan verir. Bizim kimi ölkələrdə isə elə əvvəldən-axıra kimi işlə ki, işləyəsən. Nə işləyən vaxtı normal şərtlərlə çalışırsan, nə də pensiyaya çıxandan sonra könül dolusu müavinət ala bilirsən. Mətləbdən uzaqlaşsaq da bir məlumatı paylaşmaq istərdim. Yaponiya yaşayış çox bahalı olduğuna görə yaponlar pensiyaya çıxan kimi ölkədə qalmayıb səyahət etməyə üstünlük verirlər. Çünki kartlarına oturan pensiya ilə dünyanın istənilən yerində şah kimi dolana bilərlər, buna görə də turistlər arasında yapon pensionerlər görəndə təəccüblənməmək lazım.

Bəli, təbiətə nəzər yetirdikdə görərik ki, heç bir heyvan işləmir. Ən azından təbiətdə hər gün səhər saat yeddidə yuvadan çıxıb axşam altıda yuvaya qayıdan tülkü yoxdur, heç çaqqal da yoxdur. Ancaq dünyanın harasına baxsaq insanların bu cür həyat yaşadıqlarını görərik, mən hələ ağır iş şəraitində çalışıb günün əsas hissəsini (12-14 saat) işləməyə xərcləyən insanları demirəm.

İşləmək baxımından insan heyvanların ən bədbəxtidir. Heyvanlar işləmirlər, işləyirlərsə də bunu məcburiyyətdən eləmirlər, bu onların təbiətindədir, həyatlarının bir hissəsidir, dolayısı ilə elədiklərindən həzz alırlar. Və heyvanların bu fəaliyyətini əgər iş adlandırmaq mümkündürsə onlar bu işi sevə-sevə yerinə yetirirlər, çünki həyatlarının əhəmiyyətli hissəsini əllərindən alınmır, ömürləri fabrik qudokları arasında keçmir.

Gəlin bir anlıq ibtidai insanların həyatına fikir verək. İbtiadi insanlar işləmirdilər; ov edirdilər, yığıcılıqla məşğul olurdular. Ov və yığıcılıq isə iş deyildi. Məsələn, sürü halında yaşayan qədim insanlar bilirdilər ki, A məntəqəsindəki çayın qırağında yazağzı yaxşı farel olur. Onlar A məntəqəsinə gedib mövsüm bitənə qədər balıqla qidalanır, doyanda da dincəlirdilər. Daha sonra bilirdilər ki, balıq mövsümü bitəndən sonra B məntəqəsində çoxlu çiyələk yetişir. Beləcə B məntəqəsinə köç edib çiyələk mövsümünün sonuna qədər çiyələklə qidalanır, sonra C məntəqəsinə keçib orda da bir müddət kartofla dolanırdılar. Bu dediklərim ilk başda inanılmaz görünə bilər, amma sürü halında yaşayan əcdadlarımızın zamanında qida bolluğu olduğunu, hələ nəsli kəsilməmiş minlərlə heyvan və bitki növlərini, ekoloji cəhətdən korlanmamış ətraf mühiti nəzərə alsaq onların heç vaxt ac qalmadıqlarını asanlıqla anlaya bilərik.

Əcdadlarımız yalnız gəzmək – köç etmək – və yeməklə məşğul idilər (Hə, bir də o biri məsələ ilə məşğul idilər ki, indi o haqda danışıb mövzudan yayınmayaq). Əgər təbiətə nəzər yetirsək eyni davranışı heyvanlarda da görə bilərik. Yazda bizim diyarlara qonaq gəlib, payızda isti ölkələrə köç edən qaranquşlar kimi (şair deyir, zülüm əlindən qurtulmuşlar) qədim insanlar da eynən bir yerdən başqa yerə köç edərək qidalanır, yaşayırdılar. Köçün istiqamətini və yönünü müəyyənləşdirən amillər isə qidanın bol olduğu yerlər və isti iqlim idi.

Nəzərə alaq ki, bu proses bir-iki əsr yox, min illər boyu sürüb. Və biz müasir insanlar bizi biz edən bir çox xüsusiyyətlərimizi sürü halında yaşayan o qədim əcdadlarımızdan əxz etdiyimiz üçün onların köç etmək “illət”i də genlərimizə nüfuz edib.

Buna görə də insan səyahət edəndə xoşbəxt olur. Biz elə bilirik ki, başqa şəhərləri gəzmək, uzaq diyarları görmək yalnız sivil insanlara məxsus tapıntıdır. Guya bu “kəşf” sivilizasiyanın nəticəsidir. Əsla! İnsan o zaman bədbəxt oldu ki, oturaq həyata keçdi. Bununla da insanın faciəsi başladı. Əvvəla qida rasionu dəfələrlə azaldı və demək olar ki, ancaq dənli bitkilərlə və bir neçə heyvan növü ilə məhdudlaşdı. Bu isə qədim insanda vitamin çatışmazlığını yaratdı və immunitetini zəiflətdi. Halbuki insan gəzdiyi zaman ən müxtəlif qidalarla qidalanır və beləliklə özünə vitamin depolaya bilirdi. İkincisi, oturaq həyata keçən insan sürüləri yoluxucu xəstəliklərə tez-tez yoluxmağa başladılar.

Oturaq həyata keçən insan işləməyə də məcbur idi. Heç görmüsüz ki, canavarlar qoyun sürüsü saxlasınlar, şirlər qabaqlarına antilop sürüsü qatıb otarsınlar, sünbülqıranlar taxıl əksinlər, ayılar armud ağacı becərib, arı saxlasınlar? Yox. Heyvanlar sadəcə lazım olan qədərini yeyib sonra da dincələrlər.

Bəs qədim insan nə elədi? Oturaq həyata keçdi. Və beləliklə qoyun sürüsü saxlayıb-otarmağa, buğda əkib-becərməyə başladı. Dolayısı ilə işləməyə məcbur oldu. Bu təbiətin müqəddəs mizanına zidd idi. Təbiətə qarşı gedəndə isə insan gec-tez cəzasını alır. İnsan bu “tapıntı”sı ilə də özünü zibilə saldı. On min illik, iyirmi min illik adətinə, təbiətin ona bəxş etdiyi xüsusiyyətə xəyanət elədi.

Deyirlər iş insanın cövhəridir. Əslində insanın cövhəri iş deyil, işləməməkdir, köç etmək, gəzməkdir.

Gəzmək, köç etmək tarixə qədərki əcdadlarımızın ən sevimli məşğuliyyəti idi. Buna görə biz ilk imkanda səyahət etməyə can atırıq. Çünki on min illik şakərimizi hələ də unutmamışıq. Və mənə elə gəlir ki, heç vaxt unutmayacağıq da. Hər iş gününün sonunda yorğun düşdüyümüz yatağımızda əcdadlarımızın harayı bizi rahat buraxmayacaq, uzaq-uzaq şəhərləri, diyarları xəyal edərək növbəti iş gününün ağrısıyla qıvrılacağıq.

İnsanın özünə verdiyi bu işgəncə heç vaxt bitməyəcək, Prometey əzabı kimi.

pia.az

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.