Maddi
mədəniyyətinin yaradıcısı olan insan öz yaşayışını təmin etmək üçün çox
zaman elə maddi inkişafı onun özündən asılı olur. Yəni insan
yeyib-içmədən, evə-ocağa sahib olmadan hər hansı ictimayi faydalı işlə
məşğul ola bilməz. Bu baxımdan maddi mədəniyyətinin öyrənilməsi xalqın
istehsal fəaliyyətinin öyrənilməsi deməkdir.
Azərbaycan bəşər
tarixinin ayrı-aryı mərhələlərində yaşayış məskənlərinin və
adət-ənənələrinin çeşidli tip və formaları mövcud olmuşdur. Zamanımıza
qədər gəlib çatmış yaşayış tərzlərinin tip və formalarının gəlib çatması
hər bir xalqın keçmişi, tarixi və ən önəmlisi olan bir millətin ilkin
yaşı və yaşayış tarixi üzə çıxır. Arxeoloji nəticəsinə istinad edərək
azərbaycan ərazisində paleolit (ilk daş dövrü) insanların təbii və sünni
yaşayış məskənlərindən başlayaraq, müasir kənd, qəsəbə və şəhərlərə
kimi müxtəlif məskünlaşma yerləri ortaya çıxıb və inkişaf etmişdir. Yəni
qədim dövrdən azərbaycan ərazisində hələ paleolit dövründən məskünlaşma
var idi.
Əski daş dövrü (2 milyon 700 il bundan öncə) azərbaycanda
e.ə 4-cü minilliyə qədər davam etmişdir. Daş dövrü üç mərhələyə bölünür;
paleolit (ilk daş dövrü), mezolit (orta daş dövrü) və neolit (yeni daş
dövrü). 700 min il bundan öncə insanlar od əldə etməyi öyrənərək,
özlərini soyuqdan qorumağa, yemək bişirmək və başqa alətlərini
düzəltməyə başladılar. 300-400 minil öncə azərbaycanda məskünlaşmış
ilkin insanların təkamülündə yeni mərhələ başlayır. Azıx mağarasında
aşkar olmuş ilkin insan çənə sümüyü buna ən yaxşı sübutdur.
Mezolit
dövrü isə azərbaycanda e.ə 8-11 minillikləri ihatə edir. Artıq bu dövrdə
əkinçilik və heyvandarlıq ilkin formaları yaranır. Bu dövrü başlıca
olaraq Qobustandakı qaya üstü rəsimləri və arxeolji tapıntılar əsasında
tədqiq edilir. Neolit dövrü isə azərbaycanda e.ə 7-ci minilliyə təsadüf
edərək Qobustanın Həsənli təpəsində (Sulduz) arxeoloji materialları ilə
araşdırılmışdır ki, bütün bunlar bir yerdə bir xalqın maddi və mənəvi
dəyərləri sayılır.
Bu maddi və mənəvi irslərdən biri arxeoloji
tədqiqatlar nəticəsində aşkarlanmış əski yaşayış məkanlar, kurqanlar və
daşbabalardır. Atalarımızdan yadigar qalan və bugünü gəlib çatan yaşayış
məkanları, əşyalar və daşbabalar, torpağimizin və xalqımızın dəyərli
xəzinəsi olan, bugünün siyasəti nəticəsində gizli saxlanılıb və lazımı
qədər qorunmayan Güney Azərbaycanın Meşkin şəhərində yerləşən tarixi
»şəhər yeri«dir. Bu tarixi məkan Azərbaycan xalqının maddi və mənəvi
varlığıdır ki, bir neçə faizdan başqa dəqiq arxeologi tədqiqatlar irəli
sürülmədiyi üçün dəqiq bilgilər və eləcədə dəqiq tarix ili əldə
edilməyibdir.
Şəhər yeri Ərdəbil mahalında 30 km güney-doğusunda
qədim basırıqlar olan Pirazmiyan (şəhər yeri) adlı yerdə 500-ə yaxın
daşbaba tapılmışdır. Boyu 35-230 s.metrə qədər aşkar olunmuşdur. Və
buranı qədim tapınaq yeri saymışlar.
Şəhər yeri böyük bir sahəni
ihatə edir, burada 3200 il yaşı olan üç tapınaq, 2800 il yaşı olan
tikilmiş qala xarabalığı, mağara, üç yüzə yaxın qaya uyuğunda və Quştəpə
adlı yer vardır. Keçən əsrin ortalarında arxeologi qazıntılar burada 9
minil öncəyə aid (neolit çağı) yaşayış məskəni aşkar etmişdir. Ancaq
daşbaba gələnəyi burada 4-5 minil öncə yaranmışdır və urartu çarı 2-ci
arqişti buranı tutana qədər davam etmişdir (F. Ağasıoğlu, s.80; 2013).
Burada
mağara mövcudluğu özəl diqqətə malikdir. Yəni əskidə məskən yeri
olduğuna ən böyük faktdır. Əskidə insanların ilk yaşayış məskınlərinin
yaradılmasında coğrafi mühitin, o cümlədən iqlimin böyük təsiri
olmuşdur. Arxeoloq M. Cəfərzadə Azərbaycanda yaşayış məskənlərinin
tarixinin qədim olduğunu qeyd edərək yazmışdır: »İbtidaii insanlar
Azərbaycan şəraitində çay qıraqlarında, meşələrdə, qaya altında və
mağaralarda yaşamışlar. Qaya altı sığınacaqlarda və mağaralarda yaşayan
insanlar özlərini istidən, soyuqdan qoruyur və əldə etdikləri odu,
topladıqları ərzağı burada muhafizə edirdilər. Bunun üçündə mağara
insanların ilk başlanğıc sığınacağı sayılır«.
Türk basırıq
gələnəyində yayğın olan daşbabaların ən qədim örnəkləri Həkkari, Meşkin,
Astara, Qobustan və Abşeronda tapılmışdır. Şəhər yerindəki mövcud olan
daşbabaların oxşar motivləri başqa türk şəhərlərində uzmanlar tərəfindən
isbat olunur. Və daha dəqiq desək, bu motivlər daş heykəllərinin
tarixini araşdırmağa yol açır.
(Aşağıdaki şəkil prof. Firudin Ağasıoğlunun kitabından alınmışdır);
Türk
xalqlarının yaşadığı ərazilərdə çoxlu daş adam heykəlləri vardır. Bu
heykəllər kurqan-basırıq olan yerlərdə özünü göstərir. Savaş daşı (çaa
daş), daşbaba, daşnənə, balbal, bəngüdaş, bədiz və sairə adlarla tanınan
belə daş heykəllərin Azərbaycanda e.ə 3-2 minillərə aid qədim nümunəsi
Qobustanda, Abşeronda (Dübəndi), Astarada (Asxanakəran) və Meşkində
(şəhər yeri) tapılmışdır (Ağasıoğlu, s.116, 2014).
Həmin alimin
yazdığlna görə, Bu heykəllərin rəmzi anlamı barədə elmdə çeşidli
yozmalar yaranmışdır bəzi alimlər bu daşbabaların ölmüş soy-boy
başçıların heykəli, bəzi alimlər ölən adamın öldürdüyü düşmənlərin
heykəli, bəziləri basırıq törənində iştirak edənin heykəli olması,
bəziləridə saqa daş heykəllərində onların ulu babası »Tarqitay«ın təsvir
olunduğu fikrini irəli sürmüşlər. Bütün heykəllərin yalnız bir rəmzə
bağlamaq doğru deyil, çünkü dikili daşların içində qadın heykəlləridə
vardır. Yəni burada çeşidli adət və səbəblərin olması mümkündür.
Bəxtiyar Tuncayın Skif öncəsi yarım tipli kurqanlar qonusunda daşbaba ənənəsi diqqətə malikdir:
"Yarımtip
torpaq örtügünün üzəri daş örtüklə üzlənməş kurqanlara aid edilir. Bu
kurqanların torpaq örtügünü örtən daş örtüklər bəzən bir, bəzənsə iki
qatlı olur və bir növ zireh rolunu oynayır. Bu baxımdan Ketmen Tubə
kurqanları deyilənlərə ən gözəl örnəkdir. Bu kurqanların örtügünün
üzlənməsində daşdan başqa, şist və kəsmədən istifadə olunur. Ki daha çox
quzey Qara dəniz kurqanlarında rast gəlinir. Onların təpəsində bəzən
kiçik meydanlar yaradılır və bu meydançalarda kəsmə ilə bərkidilir. Belə
kurqanların başında, bir qayda olaraq, ya daşbaba (balbal) ya daş
dirək, ya da qurbangah yerləşir. Sözü gedən formalı kurqanlar Qazaxıstan
ərazisində də geniş yayılıb və onlara əsasən Getsiv vadisində və
Qırğızıstanın Aleksandrubeka yaxınlığında rast gəlinir."
Daşbaba
yaranma tarixi isə urmu teoriyasına görə, daşbaba gələnəyi 5000 il öncə
ön asiyada yarandığını və başqa örnəklər kimi bu gələnəyi buradan doğuya
köçən türk boylarının apardığını bəlgələrlə açıqlayır. Yəni bu
teoriyaya istinad edərək şəhər yerindəki daşbabaların tarixi e.ə 3-2 min
illiyə aiddir.
Şəhər yerindəki daşbabalar üzərindəki türk
damğalarıda (həyat ağacı və ana ilahə damğası) özəl diqqət çəkdirir. Bu
rəsimlər araşdırıcı Yengi Ögənin araşdırmalarına aiddir:
Bilindigi
kimi, şəhər yerində arxeologiya tədqiqatlar irəli sürülmədiginə görə bu
məkandan hələ dəqiq bilgilər əldə edilməyibdir. Hər halda gözümüz
önündə olan daşbabalar bizim ən əski atalarımızdan xəbər verərək zəngin
keçmişimizi, torpağımızın və yurdumuz Azərbaycanın ən qədimdən türklərin
yaşayış yeri olduğunu isbat edir. Biz isə onları öyrənib və qorumaqda
görəvliyik.
Qaynaq
1. prof. Firudin Ağasıoğlu, daşbaba. Türkün daş yaddaşı, 2013.
2. Azərbaycan etnografiyası, AMEA. Aexeologiya və etnografiya instutu, 2-ci cild, 2007.
3. prof. Yaşar çoruhlu, kurganlar eski türklerin kutsal mezarları, 2016.
4. prof. Firudin ağasıoğlu, doqquz bitik. 1-ci cild, 2014.