Tatar şairi Rəmis Aymətin kitabı Azərbaycan dilində
04.04.18
Tanınmış tatar şairi Rəmis Aymətin Azərbaycan dilində "Şimşəklər qoynunda” kitabı işıq üzü görüb.
Şair, tərcüməçi, ssenarist R.Aymət Tatarıstan Yazarlar Birliyində sədr müavinidir, ölkənin "Maarif” və "Şəhri-Kazan” qəzetlərində çalışır. Şərif Kamal və Abdulla Tukayın ədəbiyyat muzeylərinə rəhbərlik edir. Şeirləri dilimizə Xanım Aydın və Səxavət Sahil tərcümə edib, nəşrin redaktoru Günel Şamilqızı, məsləhətçisi Əkbər Qoşalıdır. Kitab "Eşq seriyası”ndan çap olunub. Seriyanın rəhbəri və redaktoru Fərid Hüseyndir.
|