Vasif Əlihüseyn - Hər sabah yolları süpürən anam
17.04.18
Avanqard.net gənc şair Vasif Əlihüseynin “Süpürgəçi qadın” şeirini təqdim edir. Üzünü bu şəhərdən gizlədib. hər sabah yolları süpürən anam Baxışındakı gileyi süpürə bilməyəcək zaman gözlərindən və bir də alnındakı qırışları ütüləyə bilməyəcək Qulaqlarını tutmuş tıxaclı maşınların siqnal səsləri ürəyində sadaladığın ehtiyacların sırasını poza biləcəkmi?! Ən yaxşısı gedək kəndimizə qapı-bacamızı süpür bir də sıyır yaşmağını kəndimizə üzü açıq bax və unutma şəhərdən gətirdiyin küçə adlarını çünki qəhramanlar unudulmur
|