“Bərpanəşr” layihəsi çərçivəsində 15 adda kitab nəşr olunub
16.02.18
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Bərpanəşr” layihəsi çərçivəsində 15 adda kitab nəşr olunaraq balacaların ixtiyarına verilib.
Nazirlikdən verilən məlumata görə, “Bərpanəşr” layihəsi çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının qızıl fondunda 1 nüsxə qalmış kitablar - Həsən Mehdiyev “Ovçu Səməndərin hekayələri”, Xanımana Əlibəyli “Ağ çəmən”, Teymur Elçin “Balaca Aytən”, Cəfər Cabbarlı “Ölkəm”, Mikayıl Müşfiq “Əhməd, Güllü, Sara, Bəbir”, Nigar Rəfibəyli “Bir cüt xurma ağacı”, Abdulla Şaiq “Yaxşı arxa”, M.Ə.Sabir “Təmsillər”, Simax Şeyda “Təyyarə”, İlyas Tapdıq “Bir evim var”, Şarl Perro “Büllür başmaq”, “Beş qardaş” (ingilis nağılı), “Daşdəmirin nağılı”, Səməd Behrəngi “Balaca qara balıq”, Əli Səttar Atakişiyev “Priklyuçeniya İbraqima” yenidən çap olunub.
Kitablar “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq. /525.az/
|