Şahbaz Xuduoğlu: “Kitab mağazalarının sayını artırmaq lazımdı”
07.02.18
Əvvəllər Bakıda hər iki min adama bir kitab mağazası düşürdü.
“Kitab mağazalarının artması gələcəkdə rəqabət yaradacaq”. Son vaxtlar Bakıda kitab mağazalarının sayı artır. “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu Sputnik Azərbaycan-a bildirib ki, kitab mağazalarının sayı artsa da hələ çoxlu kitab mağazaları açılmalıdır:
“Əvvəlki dövrlərdə Bakıda hər iki min adama bir kitab mağazası düşürdü. Ümumiyyətlə isə bu sahədə rəqabətin olması yaxşı haldır. Hələ elə də güclü rəqabət olmasa da bir müddət sonra burada rəqabət özünü göstərəcək”.
|