"İzahlı monoqrafik musiqi lüğəti” 49 ildən sonra yenidən nəşr olundu
01.02.18

Azərbaycan musiqisi, incəsənəti tarixinə adı böyük həriflərlə yazılan bənzərsiz simalar sırasında Bədəlbəylilər nəslinin özünəməxsus yeri və xidmətləri var. Onların yaratdığı bənzərsiz sənət inciləri və əsərlər musiqi xəzinəmizi zənginləşdirməklə yanaşı, bu gün öz aktuallığı və orijinallığı ilə diqqəti cəlb edir. “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti”nin 49 ildən sonra yenidən nəşr olunması bunun əyani təsdiqi sayıla bilər.

Azərbaycan musiqişünaslıq leksikoqrafiyasına aid ilk kitab

Haqqında söhbət açılan lüğətin müəllifi ilk Azərbaycan baleti “Qız qalası”nın yaradıcısı, bəstəkar, dirijor, musiqişünas və ictimai xadim kimi tanınan və əsərləri ilə milli musiqimizə dəyərli töhfələr verən Əfrasiyab Bədəlbəylidir.

AZƏRTAC xəbər verir ki, ötən əsrin 60-cı illərinin sonunda çap edilən lüğətin 472 səhifəlik yeni nəşrində dövrlə bağlı ictimai və elmi fikirdə baş verən dəyişikliklər nəzərə alaraq bir sıra redaktə işləri aparılıb. Azərbaycan musiqi elminin qiymətli abidələri sırasına daxil olan bu kitab janrı və yazılış üslubu etibarı ilə bənzəri olmayan ciddi tədqiqat əsəridir. O, Azərbaycan musiqişünaslıq leksikoqrafiyasına aid birinci kitab olmaqla yanaşı, təkcə musiqi terminologiyasına dair məlumatları əhatə etmir. Ensiklopedik bilik sahibi olan müəllif Azərbaycan folkloru, etnoqrafiyası və mədəniyyəti tarixinin müxtəlif sahələri barədə musiqi ictimaiyyətinə az bəlli olan səhifələri işıqlandırıb. Eyni zamanda, Azərbaycan musiqişünaslığı və muğam ifaçılığının bir sıra görkəmli simaları ilə bağlı ilk məxəzləri araşdırıb, öz şəxsi müşahidələri və yaddaşına əsaslanan əhəmiyyətli mülahizələr irəli sürüb. Birinci dəfə 1969-cu ildə nəşr edilmiş “İzahlı monoqrafik musiqi lüğəti” musiqi maarifçiliyi işinə yarım əsrə yaxın bir müddətdə mühüm fayda verməklə bərabər, Azərbaycan muğamşünaslığının ilk mənbələr əsasında öyrənilməsinə də müsbət təsir göstərib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yenidən nəşr olunan bu kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə işıq üzü görüb. Akademiyanın “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasında çapa hazırlanan kitabın elmi redaktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov “Əfrasiyab Bədəlbəyli universitetinin köhnəlməyən dərsliyi” sərlövhəli yazısında lüğət və onun müəllifi haqqında bir sıra məqamları oxucularla bölüşür.

Görkəmli bəstəkarın həyat yoluna və yaradıcılığına nəzər salan akademik onun Azərbaycan mədəniyyəti tarixindəki müstəsna yeri və xidmətləri ilə bağlı vacib məqamlara diqqət yönəldir, yarım əsr öncə müəllifin lüğəti çapa hazırlayarkən üzləşdiyi çətinliklərdən, kitabın nəşrindən sonra ona qarşı təşkil edilən qərəzli hücumlardan da bəhs edir. İlk nəşrin 20 çap vərəqi həcmində olmasına baxmayaraq, 5 çap vərəqi azaldıldığı və cüzi tirajla buraxıldığı diqqətə çatdırılır. Rafael Hüseynov böyük ədib Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin ülvi dostluğuna kölgə salmaq istəyənlərə təkzibolunmaz faktlar vasitəsilə tutarlı cavab verir.

Nəşrin elmi redaktoru bildirir ki, Əfrasiyab Bədəlbəylinin ən böyük xidmətlərindən biri də zəngin məxəzlərə söykənərək özündən əvvəlki musiqişünas alimlər, xüsusən orta əsrlərdə yaşayıb-yaratmış Əbu Nəsr Farabi, Səfiəddin Urməvi, Əbdülqadir Marağayi, onların yolunu davam etdirmiş Mir Möhsün Nəvvab və digərləri barədə ətraflı bilgi verməklə yanaşı, onların əsərlərini də iqtibaslar gətirərək bu mühüm qaynaqları ilk dəfə tədqiqata cəlb etməsidir.

Əfrasiyab Bədəlbəyli həm böyük musiqiçi, həm də böyük alim idi

Musiqişünaslığımızda, muğamşünaslığımızda Əfrasiyab Bədəlbəyli irsi ayrıca bir mərhələdir. Akademik Rafael Hüseynov yazdığı müqəddimədə belə bir həssas məqama da diqqət yönəldir ki, o dövrdə xalq musiqimizin nəzəri problemləri ilə məşğul olanların əksəriyyəti təhsilcə rusdilli və zövqləri də daha çox Qərb və rus musiqi mədəniyyətinə bağlı idi. Haqlı olaraq vurğulayır ki, Əfrasiyab Bədəlbəyli şərqşünas olmaqla yanaşı, eyni zamanda, Azərbaycan dilinin ustası idi və milli ruh onun mahiyyətində, cövhərində idi. Ona görə də Əfrasiyab Bədəlbəylinin musiqişünaslarımız arasında ilk dəfə olaraq bilavasitə Şərq dillərindəki mənbələrə əsaslanaraq muğamlarımızla bağlı apardığı tədqiqatlar bir örnək, qəlib səciyyəsi daşıyırdı və müəyyən mənada müasirlərinə və özündən sonra gələnlərə həm də elmi yaradıcılıq istiqaməti göstərirdi.

Rafael Hüseynov yazır: “Müxtəlif illərdə Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçən xeyli universitet olub və var. Onlardan hansısa fəaliyyətlərini davam etdirməkdədir, hansılarınsa yolu müəyyən səbəblərdən yarımçıq qalıb. Amma bir Azərbaycan universiteti də olub və var ki, onun təsis edilməsi ilə bağlı nə hansısa sərəncam imzalanıb, nə də hökumət məxsusi bir qərar çıxarıb. Bu universitet 1960-cı illərdə yaranıb və bütün başqa universitetlərdən fərqli olaraq onun dinləyiciləri, müdavimləri, tələbələri cavanlı-qocalı bütün Azərbaycan əhalisi idi. Bu qeyri-adi təhsil ocağının, Azərbaycan televiziyası və radiosu vasitəsilə bütün xalqa səslənən və görünən “Mədəniyyət universiteti” adlanan həmin alidən ali məktəbin yaradıcısı və tək müəllimi böyük musiqiçi və alim, canlı klassik Əfrasiyab Bədəlbəyli idi”.

Musiqi elmində bir çox tədqiqatlara təkan verən əsər

Kitabı Azərbaycan musiqişünaslığında öz elmi-təcrübi əhəmiyyətini təsdiqləmiş qiymətli məxəzlərdən hesab edən nəşrin redaksiya heyətinin sədri, SSRİ Xalq Artisti, professor Fərhad Bədəlbəyli fikirlərini belə ümumiləşdirir: “Bu kitabda ilk dəfə olaraq, Azərbaycan və xarici musiqi terminləri toplanmış, Orta əsrlər dövrünün musiqişünas-alimləri və XIX-XX əsrlərin görkəmli xanəndə və tarzənləri haqqında geniş məlumat verilmişdir. Ə.Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti” oxuculara bu qədər qiymətli məlumatı belə böyük həcmdə çatdıran ilk nüfuzlu mənbədir. Əsər musiqi elmində bir çox tədqiqatlara təkan vermiş və bu günə kimi öz dəyərini qoruyub saxlamışdır”.

Lüğət yaratmağın çətin və məsuliyyətli bir iş olduğunu vurğulayan nəşrin ideya müəllifi və məsul redaktoru Əməkdar İncəsənət Xadimi, professor Tariyel Məmmədov yazır ki, bu abidə-kitab 100 illik yubileyi 2021-ci ildə qeyd olunacaq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyüklüyünü, Azərbaycan musiqi elminin, mədəniyyətinin və təhsilinin tarixi yolunu öz insani və yaradıcı taleyində əks etdirən görkəmli alimlərin, pedaqoqların, professorların elmi nəşrləri seriyasından birincisidir.

“Şərq-Qərb” mətbəəsində nəfis şəkildə çap olunmuş “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti” kitabının redaksiya heyətinə Fərhad Bədəlbəyli, Rafael Hüseynov, Nərminə Quliyeva, Gülnaz Abdullazadə, Arif Məlikov, Ülviyə İmanova, Şəhla Həsənova, Gülzar Mahmudova və Leyla Məmmədova daxildirlər. Nəşrin rəyçiləri Aida Tağızadə və Tofiq Bakıxanovdur.

Əsər musiqişünaslar, musiqiçi və musiqişünas ixtisası verən universitetlərin tələbələri, orta ixtisas musiqi məktəblərinin, eləcə də orta ümumtəhsil məktəblərinin şagirdləri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulur. /Azərtac/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.