“İlk kitab” seriyası təsis edildi
30.01.18
“XAN” nəşriyyatı “Xatirə ədəbiyyatı”, “Milli ədəbiyyat”, “Çağdaş ədəbiyyat” və “Tərcümə ədəbiyyatı” seriyalarından sonra yeni kitab silsiləsini təsis edib. “İlk kitab” adlanan seriya kitabı nəşr olunmamış gənc yazarlara dəstək üçün yaradılıb. Layihənin məqsədi yerli ədəbi mühitdə canlanma yaratmaq, istedadlı qələmi olan gəncləri oxucuları ilə görüşdürməkdi.
“İlk kitab” seriyası ədəbi mətbuatda əsərləri müntəzəm dərc edilmiş, bəlli oxucu kütləsi toplamış qələm sahiblərinin debüt kitabının nəşrini, tanıdılmasını və yayılmasını həyəta keçirəcək.
Nəşriyyat, müəllif tərəfindən “İlk kitab” seriyası üçün təqdim olunan əsərə maksimum 1 ay müddətində baxıb nəşr edib-etməyəcəyi haqqında məlumat verir.
Müəlliflər “İlk kitab” seriyasına təqdim edəcəyi əsərləri printerdə çap olunmuş variantda, tərcümeyi-hal və şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə nəşriyyata təqdim etməlidir. Təqdimetmə mərhələsində email, yaxud sosial şəbəkələr vasitəsilə əsər qəbul edilmir.
Ünvan: Bakı ş., Tbilisi 72, “Hədəf” Kursları, 505-ci otaq.
|