Xanəmir Telmanoğlu - Musanı yola verdin isanı ötüşdürdün əhmədlə yox aran nədən
26.01.18

Məncə, nə vaxtsa güllə birgə sabahın da açılmasını eyni vaxt intervalında yaxalayan o at ağızlı azğın, üstəlik də, bu qoca dünyanın özündən nələrisə uyduraraq UNUDA BİLMƏDİKLƏRİNİN adına şeir demiş. Odur-budur bütün bəhanələr, hiylələr əlamət və haqqaniyyətlər şeirin əliylə tora salınıb. Dünya həzmi-rabeəsindən keçirə bilmədiyi işləri şeirin öhdəsinə, cənginə verir. Şeir də dünya yaranandan bu qoçuluğun, adama, kainata özünü başa salmağın fəndini layiqincə icra etməyindədir. Şeirə nə var ki. Bu görəvində uslu davranıb gözə girməkdən ötəri istifadə edə biləcəyi ən uyğun və ən yatımlı tilsimi eşq-gül-ölüm olmuşdur (Ta əzəldən şeir şairləri bu Bermud üçbucağına salıb çıxarmır). 

Bu günə qədər bu saydığım və adını sizlərə zikr etdiyim ilahiyanə gözəllik həngaməsinin heç biri şeirin onları necə kullandığından, istifadə etməyindən ayılmadı ki, ayılmadı. Şeir ola, dünyada adını gül-ölüm-eşq yazdıran azğınlığa təmas etmədən keçə, toxunmadan ötə, özünü bu üç cəzbə qapdırıb vurmadan qaraltı salmaya, bu heç olacaq iş deyil. Şeir əzəldən bu üç müşketyorla dünyanı teatr səhnəsinə çevirərək hansı dramları, faciələri oynamayıb ki? Elə bu tamaşalarla açılan hallar, ovqatlar, başlayan həyəcanlar cəhalətin hər üzündən acıq çıxarmalarla da müşahidə olunub. Necə ki, əskilərdə insanı döyə-döyə bədənindən cini çıxarırdılarsa, kainatın bədənindən, varlığından şəri, şeiri İblisin səsini eləcə çıxarıb və çıxarır(lar). Şeir olan yerdə İblis öz şər-şəbədəsini səbətinə yığıb uzaqlaşır. Tanrı ilə qarşılaşacağı və hesablaşacağı günə doğru uğultu salaraq yeni - yeni qılıqlarla əhatə olunmağa gedər. Şeir kainatın bağrından şərin sökülməsini, ayrılmasını sanki görəv olaraq üzərinə götürür. Şeir öz harmonik ironiyasıyla üzərinə düşən bəraət zərlərini (atarkən) qoşa gətirməyi gözəl bacarır. Çünki onun bir əli mənalar, hikmətlər dünyasının, o biri əli kəm-kəsirlər  aləminin qoyun-qoltuğunda gəzir. Qılıq-qiyafə dəyişdirən vərdişləri öz qanunları ilə (tabiri ilə) pozur və  yozur. Yozuma gəlməyən, yozma funksiyasını yerinə yetirməyən şeirlərdən şübhələnmə ehtimalı yüksəkdir.

Biz uzayın qoynunda şeirdəki sözlərin bizə verdiyi hız və imkanlarla süzür, uçur, gedirik. Biz bu üzdən donuq halda deylik. Daima hərəkətdə və dəyişərək min-min çalar qazanmış rənglər səltənətinin işıq aşiqliyinə həya pərdəsi çəkərək, sözlərin üzərindəki ağırlığımızı, ahıllığımızı, qocaman mehrimizi götürüb eşqin süsüylə ( həm də suyu ilə) ağzına kimi silələnib sonsuz həyat, əbədi olma səriştəmizə bir daha can qataraq yiyələnirik. Məsələ budur ki, bu işi təkrar-təkrar görürük. Bizə baxıb gül açır, ilan qabıqdan çıxır, yenə də zəhərini toplamaqdan İlahi zövq alır, hörümçək tor toxuyub kainata o hörümçəkvari xanələri arasından lətafətlə baxır. Mənim danışdığım sözlərin nizam və mahiyyətinə quşlar uçuşlarını kainatın ən ucqar nöqtələrinə götürərək gizli bağları və əlaqələri bir az da təkmilləşdirir (Yəni mənim demişkən, insan balasından söhbət gedir). Sular ayın nurunu içinə vurub sərsəriliyinə haqq qazandırır. Mən şeirdə sözlərin üzərindəki bərəkəti bir daha kamıma çəkirəm. Dev oğlu dev olduğumu anlayın. Məni sözlərin dev elədiyini və ətrafımda neçə - neçə devin nələri yerli-dibli devirdiyini görüb dünyanın POETİK Məsuliyyəti altına girirəm. Həm də ətrafımdakı divlərin öz üsulundan yararlanıb onların çoxunun necə ova çevrildiyinin şahidinə dönürəm.

Nə olursa olsun, içimdəki qovğalar bitmir ki, bitmir. Elə biləsən dünəndi, Zəngəzur dağlarının o ürək gubbuldadan qoynunda gecələr boyunca qurt kimi üzü təzəcə mehirlənib halıma hal gətirmiş  aya doğrularaq ulamağım.... deyəsən elə bu ulartılar da o ulartıdır qafil...
 

1. yeni qəzəl

ey dili qafil fil faili məchul fani f....
zinc döyüb işıq yaxacam niyə qaranlıq şahım

Sərmayə əsarətindən qurtulub özünün əlindəki qəddar kapitalını qapdırmamaq üçün sufi bürüncəyində “mərhəmət  işığını” dünyaya səpələyən bu göreşən zümrənin zınqırovlu zəmbilində əslində zibildən başqa baş yazı ola biləcək “biclik”  bülbülünün “qanlı nalələri, əfğanları” sinə parçalayıb göz yaşlarının sellənişindəki səslənişə  bais olarkən, “mən sizi başa düşürəm, amma belə etməyin” hayqırışına hayıf qıran, hayf çıxaran bir çaxnaşma çiləsində mənə yaraşdırılan “ barbarlığımı”  cilalamaq istəmirəm.

İstiqrarlı olmağınıza təminat Təmkinlə Verildiyi vergüldən sonrakı gününün başlanğıcında başını busəylə bəsləyən bəsirətlə bəxtinin  Buxarasında buyrulan o tənhalıq dolu dəlilləri din adlı əmanətlə ələyib arıladan, aylı bir gecədə suların üzərinə  sakit sehriylə sərilən sədaqətini varlığımda itiləyən o ölüm mələyi mənim müşküllərə millənən (mərasimlərimi ) məsafələrimi öz iqtidarı altına aldığından əlimi qaldırıb qaybın qaysaqlanmış qiyamətinə uzadıram.

Bir saray inşaaaaaasının torpağı üzərində üzünün izinə düşüb dövranın döyüş çəlləklərində cahilliyini  saxlayanlara azar-azar baxaraq  qılı qırx yaran naləsini yeri gəldiyində işə salan nigarançılığını nisyə bilib bəraətini ilkin izahıyla isladan, o yoxsul yaxasındakı yoxuşlarda yıxılıb dursa da, geri çəkilməyən, cənnətin cəhalət dolu cariyələriylə  çilə çıxaracağını düşünən bu mərasimpərəstlərin məkirli mənzillərində mənim müsafirliyim heç bir nəfəs həcmi qədər hücumda da həddini aşmaz, bayım....
 

2. küllü də yatar dinə  

ey dadi bidad danəndə dəhan dərviş d…
patişahların  şeirlə verdiyi fərman….
 
bilirəm ki şeirimə ağız büzür çoxları
onların həngaməsi uyuyur sinəm altda
batır qəlbə baxışdan o şiş uclu oxları
qorxsunlar ki salmayım onları çənəm altda

 şeir demə onun  da siqləti haqqa dönür
üfüqlərində yanan işıqları əcəlli
bir də gördün ən odlu söz damarımda donur
onun da minarəsi ötələrdən ucalır

yoxsulluq mayasında ilahi himə bənddi
güllə şeirin mayası bir zamanda kəsilib
mənim yazdığım sözün çoxu haqdan sapantdı
dəydiyi yedə əcəb çoxunu təmiz silib

elə bilmə yazımın yoxdu dağdan xəbəri
göylərin köynəyindən keçən nəğmə qırğındı
qarşısına çıxsaydım yazar məndən Təbəri
bilirəm  ki keçmişim gələcəkdən qırqındı

bu da yaşıllıqların ritmə çöküş tarixi
mərasimlər sərxoşu oxşyacaq halıma
bizə qədər yazıda sözlər (i) qoruyan mixi
diksinəcək çalmama əsnəyəcək  şalıma

sözü deməklə yazmaq başqa başqa savaşdı
odur ki şaqqalanıb min bir yerdə azarım
şeirdi güldü dağdı sudu bunlar sirdaşdı
əzəldən düşərlidir bu taxtadakı zərim...

soluduqca havanı kainat işvəlidi
hər görünən işartı şirin canın qəsdinə
elə durub deyərsən adamdı havalıdı
sönəndə bu vulkanlar küllü də yatar dinə

nə durub döşəyirsən adamın qavalına
bu can yaranışından talib olub üç dinə

 yoxsa şeir macəram bitməyincə yox ölüm
dolub daşınca içim deyərlər ki ucayam
birdən elə tutullam hardadır mənim elim
bütün yanğınlar çıxan tüstülərə bacayam


3. köksümdə dəmlənər

1.       ey dadi bidad danəndə dəhan dərviş d....
2.       qaz  vurub qazan dolduran şahdır da...
3.       nə zamansa axar su olduğumu bilirəm
4.       azmanca bir sura səs soluğuyla dolduğumu
5.       bölürəm vaxtımı keçmişə düşəni nəşəmdi
6.       gələcək göyə çəkilmiş şəklimlə kəmdi
7.       yol ayrıcında ucunda baş yellənən nizə
8.       izimə saldığı artığı udub dev meşə
9.       bu səslər qulağımdan yönəlir ağlıma
10.     ağlama deyirəm lağımdakı maymağa lağlağıyla
11.     dönüb gedirəm dirilir canımda su səsi
12.     döyülüb gəlirəm dev gəlib içimdən su içir
13.     öyünmək gülüşdən betər suçumu çəkir
14.     çimir getmir gözümə qan tər eyzan kirdir kir
15.     başımın üstündə böyü(r)ür ay böyüyür
16.     yuyur uyğumi su canımı quş olmağa qoymur
17.     çəkir altdan çəkir üstdən tarımam
18.     tarının simləri suya düşmüş hərcayiyə
19.     başımı itirsəm it hürsə kürsümə
20.     köksümdə dəmlənər əzilən nilufər
21.     fil gələr lərzəsin əsdirib hönkürər
22.     kərəmi kiridən də var kərəmi ağrıdanı bir sor
23.     qurşanıb qılıncın qaftanı eyzan tən malı
24.     sualı vəbalıdır bu alpların ağrısnın...- de barı…


4. gül


1.       ey dili qafil fil faili məchul fani f...
2.       deyin patişaha şam yandıracam...hələ...
 
1.       gülü görməyimdə mədəniyyət işvəsi oynar
2.       gülü görərkən göyləri bu işə qatmağımı demirəm hələ
3.       gətirib töksəm dibinə qıvrılar içindən su
4.       su rənginə dönüşər gülün su rəngi güldən alar hələ
5.       indi ona toxunsam bütün yalnızlıqlar oynar yerindən
6.       ya özümü tox tutsam yanğın başlar ürəyimdən hələ

1.       gül baxçada mədəniyyət deyib durur
2.       nəfəsimi kəsir gözlərimi yumur dodağımı tikir hələ
3.       sükut vurur üzərimə içimə qaytarır var-gəli
4.       qırx keçidimdə saxlayır yeddi yerimdən əyir hələ
5.       ərzin nehrlərini axıdır sorağına
6.       gülü gör qafil  məni sonra qına hələ

1.       gülə yaxınlaşsam bir addım da nə olar görən
2.       yerinmi göyünmü haqqına girdiyimi bilmirəm hələ
3.       əyilib qoxlasam qisasımı dünyadan alıram ələk-vələk
4.       əyilib qoxlasam bütlər yıxılası bütlər dağılasıdı hələ
5.       gül varsa qarşımda gözə almışam hər şeyi deməkdi hələ


20.  gülü gördüm gülü


21. içimdə mədəniyyət şahlandı
22. gül elə açıb elə pardaxlandı
23. dərmədim əlim havada qaldı
24. mən təslim mənliyim təslim mənəmliyim təslim hələ
25. paris təslim london təslim tel-əviv təslim hələ
                   

5. cana sızan

             ey dili qafil fil faili məchul fani f....
             padişaha bəxşiş olarmı yavruların göz yaşı...

 
nəydi hüzünlərə vurulub ayrılıqlara düşkün  işığa  güvənc
düşüb gizlinlərə sirr bükülüb yeddi qat
gəldim min bir rəng bərraqladan nurların qovha qovunda
yerə minnət torpağa sitəm dünyaya giləm
bir giləydim  hədəfim sapıtanda qaragözlü qaplanların qırımından
ovları buraxdığm olurdu  ovalarda  ovulurdu mənim... məndə qan adlı obam
 
yıxılnınca əllərim tökülərdi böyür başımdan
qalxınca min budaq kimi şaqqıldardı sümüklərimin ahəngi
yox belə gülün tikanıyla dialoqu keçmdi şeirlərin sözlərdən qalma şəhadətinə
yox beləsi
əsla olmayacaq da
titrək yanaqlarında aləmlər hansı üzlə sirrini açır Adəmin ədəbinə

mənə düşən gözlərimi açmaqdı
bu da bir qıpçaqlıqdı alaçıqdı  dünyaya qılıqdı qalıqdı
istər çöllər yığılsın gülə
baharda çıxsın tumurcuğundan göyün altında boşluq oyalasın
məni çıxarib seyrə dursun pişvazıma pəri qızlarının suların başındakı qılıqları
məni salsın eşqə
məni salsın eşqə göylə yerin cana necə sızdığını görsün


6. yaxınına gələməz

ibn arabiyə

ey dadi bidad danəndə dəhan dərviş d...

sənin gözlərini yumamam
sənin yuxunu görəməm
sənin gecənə qaranlıqlayamam
sənin sabahına açılamam
səni səni səni görərərəm  səni tanıyamam

nəyə baxmısansa eyni ölçüdədir
nəyi görmüsənsə əşyadır
kimlə danışdınsa ayətdir löhvi məfuzdandır
kimi gördünsə adəmdir adəm tərkibidir

kimsə allahı bu qədər ovudmaz
kimsə ovudub  onu yaxınına bu qədər gələməz
bədənin itmiş çəkidir
ağırlığın hava qədər gələməz

haqq sayını itirməm əşylar da sevinsin
adını tutan otla suyla ağacla dil dil ötsün
bir nöqtə qədər güvəncən  səhraları sulayır əsrləri
hər gün işıq tərkibində varlıqdan ötürsən

 
7. bir az gec gəlsə


ey dili qafil fil faili məchul fani f....
patişahlara xatırlatsan arzusunu... 

bahar bir az gec gəlsə kəhanətmi yüksələr
çölün qəbahətindən
çölün bərəkətindən bəlkələrmi əksilər
sızladar aləmlərcə səsinin yanğısını
ən gözəl kirlər üçün yaraşıqmış əskilər
 
bahar bir az gec gəlsə arif qımıldar nə sir
 
qış erkən ağararsa
quşlarsa boşluqlarda qalxıb yelkən ararsa
həyat öz axarında yoxlarsa qayıbları
qüdrət təcəllasını qurarsa hər addımda...
ləbələb dolu suyla yusifin quyuları
 
bu nə boya bu nə rəng əşyaları arayır
ruhumda tufan qopur  qovur qəlbimi avam
(bir az tez ya bir az gec deyil əsla səxavət
hiylələr son bulunca başlamaz olsun  davam)
 
8. tapdığı yer


ey dili qafil fil faili məchul fani f....
su padişahın ağzında isindi

atılıb dənizə qəfil hərəkətsiz duran yaranışla
tilov ənsəsində qıfıl səsini bu sonsuzluğa təhvil verən
bu nə sükut dalğalar qoynunda  arxadakı qayalıqlara yayılmış qoyunlar
bükülüb açılan balıqlar su qıvrım(lar)ına sunduğu ovsunlar
onu dondurmuş yerində onu gizlətmiş özgə dərində

adına dəniz dediyin hansı fikrin təkrarıdır hanası duyğu inkarı
hansı bir sevdayla gəlmək ona hansı sədayla qoşulmaq yanğınlarına
üstəlik qoynunda bir canın içərilərində sıxılmış cahanın qayıbla əlləşən hünkarı
gəl də qarşısına çıxar ağlını iki qaş arasından sızdır yoxluğunu...yalınlığını

dönüb sahilə ağır ağır arxasını dənizə döndərmiş  qoyunları görüb
göyün rəngindən duyğular tutub itmiş  dənizçini  geyindirən bu kitab
meh dolaşan vərəqləriylə aşıb daşan varlığında gizlətdiyi qərib ki qərib
taparaq dənizdən ayrılığını  çoxdan  izinə düşmüş qayğılarına qatıb
axır ki tapıb ürəyinin yerini ol səbədən  yükünü şeirə endirib Mİ endirib


9. yox aran nədən

ey dili qafil fil faili məchul fani f…

keçmişi hər zaman özümlə yaşatdığım bir əyləncəm var
dünya keçmişimdən asılıb çiynlərimin hürriyyıtinə
həddim nə
guya keçmişi hürküdüb gələcəyi tumurcuqlarının çiçəyini qoxlamaqmı peşəm
azmanca... qızaran güllər qışın ortasında bir əcəm cahilliyimi
xaincə azarıma gülüb keçər arşın tarlasında acam

İllərlə çəkdiyim çilə bir kimsənin söndürmədi diləyini..
axilles dabanını xoruz banıyla da oturda bilərdi yunanın uyumuş ağzına...
soyuğun qırış saldığı....çatlatdığı üzdə çar sarayı yıxılar rasputin
bir tin o yanda təntiyən titrəyən həyanı yoxsullar etməz qəbul daha
adının hallanmasını istəməyən qibləsi sərvaxt ... qəlbi o  yazan
bildirərək həddini simasından asaraq qırqınları ... buymuş demək fəlakət...

utancımı çıxarıb aşikara əcəlimi ulduzların çırtlayan yanğısıyla ovudana bənzəyirəm
xaçını soxma gözümə kəhanətini halınla quduzlaşdırıb salma üstümə
hərarətimi ölçmə günəşlə nəfəs alıram işığı hökm bilən ərəm
əcinnələri tanımam genimdəki nəşəm də bəs edər mahşərə barışam
musanı yola verdin isanı ötüşdürdün əhmədlə yox aran nədən
/kulis.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.