Qırğızıstanda “Dünya Aytmatovu oxuyur” fləşmobu işə salınıb
23.01.18
Qırğızıstanda ədəbi fləşmob işə salınıb edilib. “Mir Aytmatovu oxuyur” aksiyası böyük qırğız yazıçısı, “Cəmilə”, “Dəvə gözü”, “İlk müəllim”, “Əlvida, Gülsarı!”, “Erkən durnalar”, “Ağ gəmi”, “Əsrə bərabər gün” və s. kimi dünya şöhrətli əsərlərin müəllifi Çingiz Aytmatovun 90 illik yubileyinə həsr edilib. Onlayn fləşmobda iştirak etmək istəyənlər Aytmatovun əsərlərindən oxuduqları kiçik parçanı videoya yazaraq, çarxı “#Aitmatov” və “#educationkg” həştəqləri ilə sosial şəbəkələrdə yerləşdirməlidirlər. Videoçarxın müddəti 2 dəqiqədən çox olmamalıdır.
“Novosti literaturı” (“Ədəbi xəbərlər”) saytı xəbər verir ki, “Dünya Aytmatovu oxuyur” aksiyasının təşəbbüskarı Qırğızıstanın Təhsil və Elm Nazirliyidir. Layihə Çingiz Aytmatov irsini təbliğ etmək, Aytmatov əsərlərinin mütaliəsi mədəniyyətini formalaşdırmaq məqsədi daşıyır.
|