Mirzəcəlilşünaslığa dəyərli töhfə
22.01.18

Azərbaycançılıq ideologiyasının pərvanəsi, milli mücadiləmizin öndərlərindən olan Cəlil Məmmədquluzadənin yaradıcılığı ilə ədəbiyyatımızın və publisistikamızın yeni mərhələsi başlanır.

Elə bu səbəbdən də bu qüdrətli şəxsiyyətin irsinin araşdırılması ilə bağlı yeni istiqamətlərin yaranması, yeni baxış sistemlərinin formalaşması tamamilə təbiidir. Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədovun yazdığı kimi, əldə olan əsərləri Cəlil Məmmədquluzadədən bir şair kimi də söz açmağa imkan verir.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucovanın "Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı" adlı monoqrafiyasında məqsəd böyük sənətkarın poetik irsinin araşdırılmasıdır. Monoqrafiya Aygün Orucovanın filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası əsasında hazırlansa da, onun bu sahəyə dair tədqiqatlarının yekun variantı hesab oluna bilər. Akademik İsa Həbibbəylinin "Böyük ədibin şeir yaradıcılığı" adlı ön sözü ilə başlayan tədqiqat əsəri 2017-ci ildə Naxçıvanda "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunub. Akademik İsa Həbibbəyli monoqrafiyanı Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı ilə bağlı ilk sistemli və ümumiləşdirilmiş tədqiqat işi kimi yüksək qiymətləndirib. Monoqrafiyanın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri isə filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Hüseyn Həşimli və filologiya üzrə elmlər doktoru Fərman Xəlilovdur.

XX əsrin əvvəllərində Azərbaycan xalqının qəflət yuxusundan oyanışı və müstəqilliyi uğrundakı mübarizədə əsaslı rol oynayan Naxçıvan ədəbi mühitinin Azərbaycan və Şərq ədəbiyyatına bəxş etdiyi əvəzolunmaz şəxsiyyətlərdən biri də Cəlil Məmmədquluzadədir (1869-1932). Dahi ədibin yaradıcılığının indiyədək müxtəlif səpkilərdə araşdırılmasına baxmayaraq, hələ də tədqiq olunması vacib olan bəzi sahələr qalmaqdadır. Monoqrafiyanın əvvəlində fenomenal yaddaşa, dərin zəkaya malik bir şəxsiyyət olan Ümummilli liderimiz Heydər Əliyevin Cəlil Məmmədquluzadə haqqında dediyi "Cəlil Məmmədquluzadə yaradıcılığı elə bir dəryadır ki, o dəryanın dibinə gedib çatmaq, hamısını əhatə etmək mümkün deyildir. Güman edirəm ki, hələ bir neçə nəsil Azərbaycan tarixçisi, ədəbiyyatşünası, sənətşünası, siyasətşünası, alimi Cəlil Məmmədquluzadə xəzinəsini araşdıracaq, onu tədqiq edərək yeni kəşflər edəcəkdir" - fikri Cəlil Məmmədquluzadə yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu bir daha təsdiq edir. Əsasən nasir, dramaturq kimi şöhrət qazanan Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı da diqqətəlayiq və tədqiqi vacib olan bir mövzudur. Məhz buna görə də Aygün Orucova Cəlil Məmmədquluzadənin şeir yaradıcılığını dərindən araşdırıb və nəticədə dolğun və əhatəli, bütöv və sistemli bir monoqrafiya ortaya qoyub.

Monoqrafiyada Cəlil Məmmədquluzadənin şeirlərinin əsas xüsusiyyətləri ilk dəfə olaraq araşdırılıb, böyük sənətkarın təkcə satirik və lirik şeirləri yox, həm də nəzmlə yazılmış "Çay dəstgahı" alleqorik dramı, felyetonları, məqalələri, dram və nəsr əsərlərində istifadə olunmuş şeir nümunələri də diqqət mərkəzinə çəkilib. Bununla belə, dahi ədibin əsl şeir və həqiqi şair haqqında ədəbi tənqidi görüşləri, yeni əsrin ədəbiyyat və sənətdən tələblərinə dair fikirlərinə də yer verilib. Cəlil Məmmədquluzadənin bugünədək qırxa yaxın şeiri toplanaraq nəşr olunub ki, müəllif bu şeirləri ilk dəfə olaraq tarixi ardıcıllıqla tədqiqata cəlb edib.

Kitabın ilk fəslində müəllif Cəlil Məmmədquluzadənin şeirlərinin toplanması, tədqiqi və nəşri məsələlərinə nəzər salıb. Burada Mirzə Cəlil şeirlərinin həm Sovet dövrü, həm də müstəqillik dövrü ədəbiyyatşünaslığında tədqiqi məsələlərinə diqqət ayırıb. Ayrı-ayrı görkəmli ədəbiyyatşünasların fikirlərinə də müraciət edərək öz fikirlərini əsaslandırıb. Müəllif böyük sənətkarın məqalə və felyetonlarına, həmçinin, müxtəlif kitablara yazdığı müqəddimələrə müraciət edərək Cəlil Məmmədquluzadənin şeirə dair fikir və mülahizələrini ayrıca yarımfəsildə ümumiləşdirib. Bütövlükdə, birinci fəsil Mirzə Cəlilin mənzum əsərlərinin toplanılması, nəşri və tədqiqi məsələlərini, eləcə də ədibin poeziya barədəki ədəbi görüşlərini sistematik tərzdə və çağdaş elmi prinsiplər məcrasında işıqlandırır.

Monoqrafiyada Cəlil Məmmədquluzadənin yaradıcılığında mübahisəli bir mövzu olan "Nə işim var" satirasının  məhz Cəlil Məmmədquluzadəyə məxsus olduğuna tutarlı dəlillərlə, istinadlarla aydınlıq gətirilməyə çalışılıb və demək olar ki, buna nail olunub. Müəllifin göstərdiyi əsaslardan aydın olur ki, "Nə işim var" satirasının Mirzə Cəlilə aid olduğunu təsdiq edən faktlar üstünlük təşkil edir. Kitabda müəllif haqlı olaraq qeyd edir ki, ömrü boyu qaraya ağ deməyən görkəmli ədibin belə bir ciddi mövzuda səhv etməsi mümkün deyildir.

Kitabın ikinci fəslində Cəlil Məmmədquluzadənin şeirlərinin klassik irslə əlaqəsi, mövzu dairəsi və tənqid hədəfləri geniş şəkildə tədqiq olunub. Müəllif Cəlil Məmmədquluzadənin şeirlərinin mövzusundan bəhs edərkən mədəni gerilik, avamlıq, ətalətin ifşası, qadın məsələsi, elm və maarif mövzularının üstünlük təşkil etdiyini bildirib. Mövhumatın xalqın mədəni tərəqqisinə əngəl olduğunu deyən böyük ədib Mirzə Cəlil satirik şeirlərində avamlığı, geriliyi, elmsizliyi hər zaman tənqid edib.

"Cəlil Məmmədquluzadənin şeirlərinin bədii xüsusiyyətləri" adlanan  üçüncü fəsildə ədibin şeir yaradıcılığının bədii məziyyətləri hərtərəfli araşdırılıb. İstedadlı ədib Mirzə Cəlil poetik vasitələrdən məharətlə istifadə edib. Şeirlərində bədii təsvir və ifadə vasitələri, satirik monoloq və dialoqlardan istifadə, folklor janrlarından yaradıcı istifadə kimi məsələlər monoqrafiyada geniş izahını tapıb.

İlk mənzum alleqorik dram olan "Çay dəstgahı" müəllifin nəzərindən qaçmamış və əsərin şeir texnologiyası haqqında fikirlərinə də monoqrafiyada yer verib. Müəllif bu əsərdəki "həyatilik, xalq yumoru, satira və demokratizmi" yüksək qiymətləndirib.

Bütün bunları nəzərə alaraq demək olar ki, Cəlil Məmmədquluzadənin şeirləri onun yaradıcılığının ayrılmaz bir parçasıdır. "Molla Nəsrəddin" şeir məktəbinin yaradıcısı olmuş Mirzə Cəlil  XX əsr Azərbaycan şeirində tənqidi və satirik ünsürlərin yaranmasına səbəb olub.

Bütövlükdə Aygün Orucovanın "Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı" adlı monoqrafiyası özünün elmi yeniliyi, sistematikliyi, gəlinən nəticələrin inandırıcılığı və dürüstlüyü ilə səciyyələnir. Bu dissertasiyada ilk dəfə olaraq Mirzə Cəlilin şeir yaradıcılığı əsas parametrlər üzrə hərtərəfli şəkildə tədqiq olunub. Beləliklə, azərbaycanlı yazıçı, dramaturq, jurnalist, ictimai xadim, böyük satirik, məşhur "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri kimi tanıdığımız Cəlil Məmmədquluzadəni Aygün Orucovanın monoqrafiyasında bir daha humanist, vətən sevgisi ilə dolu, sadə və düşündürücü dil və üsluba, fərqli vəzn və janrlara malik novator şair kimi də tanımış oluruq.

Rübabə QAFAROVA
AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin əməkdaşı
/525.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.