İsa Həbibəyli: Orfoqrafiya qaydalarının birmənalı qarşılanmaması bizim komissiyanı qətiyyən narahat etmir
19.01.18

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəylinin orfoqrafiya qaydalarına edilən son dəyişikliklərlə bağlı müsahibəsi.

- Orfoqrafiya qaydalarına təklif edilən son dəyişikliklər cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Hazırkı dövrdə bu dəyişikliklərin edilməsi vacib idi?

- AMEA Orfoqrafiya Komissiyası Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarını hazırlayaraq onu geniş ictimaiyyətin diqqət mərkəzinə çatdırıb. Bu qaydalar AMEA-nın "Elm" qəzetində çap olunub. Qaydalar 69 maddədən ibarətdir və gələcəkdə yaranacaq orfoqrafiya lüğətinin əsasını təşkil edəcək. Biz Orfoqrafiya Komissiyası olaraq, Dilçilik İnstitutu və digər institutların görkəmli alimlərinin hazırladığı orfoqrafiya qaydalarını geniş ictimaiyyətin müzakirəsinə təqdim etmişik ki, cəmiyyət ona öz münasibətini bildirsin. Cəmiyyətdə səslənən təkliflərin hamısı bizim komissiya tərəfindən diqqətlə toplanılır və öyrənilir. Komissiya bu təklifləri, tənqidi mülahizələrin hamısını təhlil edib ortaq qərar qəbul edəndən sonra hazırkı orfoqrafiya qaydaları daha da təkmilləşdiriləcək. Yekun qərar verildikdən sonra onun əsasında yeni orfoqrafiya lüğətinin hazırlanmasına başlanılacaq. Ona görə də cəmiyyətdə orfoqrafiya qaydalarının birmənalı qarşılanmaması bizim komissiyanı qətiyyən narahat etmir. Biz cəmiyyətdə belə reaksiyanın olacağını əvvəlcədən gözləyirdik.

- Cəmiyyətdə sözlərin yeni yazılışı ilə bağlı deyilən iradları qəbul edirsiniz?


- Müzakirələrə müdaxilə etmək istəmirəm. Amma müşahidə edirəm ki, fikir söyləyənlərin çoxu şəxsi maraqlardan çıxış edir. Yaxud da bir çox fikir deyənlər professional deyillər, dil qanunlarını, dilçilik elmini yaxşı bilmirlər. Ancaq mütəxəssislərin maraqlı təklifləri də var. Mütəxəssislərin haqlı sözünə hörmətlə yanaşacağıq. Əlbəttə, ictimaiyyətin fikrini nəzərə alacağıq, onların ən məqbul olanlarını istifadə edəcəyik.

- Sözlərdə iki "ss"dan, "iki "yy"dan birinin yazılmaması çaşqınlıq yaratmayacaq?

- Ekspress alınma sözdür, alındığı xarici dildə bu söz iki "ss" ilə yazılır. Azərbaycan dilində isə ekspress sözünün sonluğu bir "s" ilə tələffüz olunur. Biz ekspress sözünün sonluğunun iki "ss" ilə yazılmasının Azərbaycan dilinin qaydalarına uyğun olmadığını görürük. Onu körtəbii şəkildə xarici dildən alıb işlətməyi də məqbul saymırıq. Ssenari sözünün əvvəlində iki "ss" hərfi işlədilir. Biz isə onu bir "s" ilə tələffüz edirik. Eyni zamanda, sonluğu "iyyat,- iyyət və -iyyə" şəkilçisi ilə bitən ərəb mənşəli sözlərdə iki y-dan birinin saxlanılmasının tərəfdarıyıq. Məsələn, son on illiklərdə görürük ki, ədəbiyyat deyil, ədəbiyat, maliyyə deyil, maliyə, dövriyyə deyil, dövriyə kimi tələffüz edirik. Hətta Səudiyyə (Ərəbistanı) sözündəki iki y-dan ancaq birini deyirik. Dil özü bu hərfləri atıb. Əlbəttə ki, bu dəyişiklik iki "y" hərfi ilə yazılan bütün sözlərə aid deyil. Tutaq ki, təyyarə, Əyyub, Qəyyum, səyyah kimi sözlərdə iki y hərfi qalacaq. Yalnız "iyyat,- iyyət və -iyyə" şəkilçisi ilə bitən ərəb mənşəli sözlərdə iki y-dan birini dil özü atıb, onun biri işlənmir. İndi sözləri bir "s", bir "y" ilə yazmaqla çaşqınlıq yaratmırıq. Çünki dil çoxdan bir "s"nı, bir "y"nı atıb.

- Yeni yazılışı birmənalı qarşılanmayan sözlərin bir qismi də əskər, əskinas, İskəndər, işkəncə və sairdir. Bu sözlərin belə bir formada yazılmasına ehtiyac var?

- Əsgər sözünün biz əskər kimi deyirik, amma "g" ilə yazırıq. Buna da ikili yanaşma var. Xalq, geniş ictimaiyyət, mütəxəssislərin əsgər, İsgəndər kimi sözlərdəki "g"nın "g", yaxud "k" ilə ifadə olunması ilə bağlı fikirlərini izləyəcəyik. İctimai fikir "k"nın tərəfində olsa, "k", "g"nın tərəfində olsa, "g" ilə ifadə edəcəyik.

- Müşahidələrinizə görə, daha çox narazılıqlar hansı sözlərlə bağlıdır?

- Mən müzakilərə müdaxilə etmək, bunu açıqlamaq istəmirəm. Əlbəttə ki, müzakirələrin birmənalı olmadığını görürəm. Bütün zamanlarda yeniliklər birmənalı qarşılanmayıb. Amma yekunda alim sözünə və ictimai fikrə əsaslanmaq lazım gələcək.

- Azərbaycan dilində yazılışını qəbul etdiyimiz və yazılışına öyrəşdiyimiz çox sayda sözün yazılışının birdən-birə dəyişdirilməsi məqbul sayıla bilər?

- Fikirlər səsləndirilir ki, çox sayda söz dəyişdirilir. Əvvəla, çox sayda söz dəyişdirilmir. Orfoqrafiya lüğətində 90 mindən artıq söz var. Dəyişdirilmək üçün təklif edilən sözlərin sayı isə 60-dan çox deyil. İkincisi, biz on ildən çox dildə müşahidə olunan hadisəni yazıda ifadə etmək istəyirik. Bu sözlər dildə dəyişilib, dil bunu edib. Biz bu dəyişikliyi etməkdə geçikmişik. Dəyişikliyi etməkdə əsas məqsəd alınma sözlərin Azərbaycan dilinin tələffüz qaydalarına uyğunlaşdırılmasıdır. Burada bir azərbaycançılıq mövqeyi var. Əlbəttə, biz süni şəkildə alınma sözlərin heç də hamısını azərbaycanlaşdırmağın tərəfdarı deyilik. Amma o halda ki, xalqın danışıq dilində həmin ifadələr alındığı xarici dildə olduğu kimi deyil, Azərbaycan dilinin tələffüz qaydalarına uyğun işlədilir, onda biz bu faktı - bu dil hadisəsini yazıya gətirməliyik. Cəmiyyətə təqdim olunan Azərbaycan dilinin orfoqrafiya qaydaları müstəqillik dövrünün orfoqrafiya islahatıdır. Bu islahatı AMEA-nın görkəmli dilçi alimləri, bir neçə digər elmi tədiqiqat institutunun alimləri ictimaiyyətin müzakirəsinə verib. Məqsəd bizdə gedən milliləşmə, azərbaycanlaşma proseslərini Azərbaycan dilinin yazı qaydalarında tətbiq etməkdir. Məncə, bu ideya, fikir çox elmidir. Həm də xalqımızın milli maraqlarına və ölkəmizin dövlətçilik maraqlarına tamamilə uyğundur.

- Müzakirələrin sonunda dəyişdirilməsi təklif edilən sözlərin sayı azala bilər?


- Ola bilər. Biz ictimai müzakirələrdə səslənən fikirlərlə bağlı alimlərin rəylərini əsas götürəcəyik. Ola bilsin ki, bu sözlərin bəzilərinin yazılışı heç qəbul olunmadı, bəzi sözlərin hazırkı yazılış forması saxlanıldı. Bu da təbiidir.

- Sözlərin yeni yazılış forması ilə bağlı yekun qərarı nə zaman verəcəksiniz?


- Yanvar ayı ərzində yeni qaydalar hələ müzakirə olunacaq. Bu ayda biz KİV-lərin haqlı, haqsız fikirlərinə dözümlə, səbrlə yanaşmalıyıq. Yanvarın sonunadək bu müzakirələr gedəcək, yanvarın sonunda artıq müzakirələr dayanacaq. Fevral ayında onları ümumiləşdirib yekun qərarı açıqlayacağıq. /Trend/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.