Xuraman Hüseynzadə - Qatır Qulam
16.01.18

Hekayə

Atama ithaf edirəm

Ağ “Prado” sağa keçib qarşımızda dayandı. İçindən qara, yekəpər bir kişi düşüb uzun qollarını yana açaraq atamın üstünə yeridi:

- Booy! Kimi görürəm, ə mən?!

“Març!” - Atamın sağ yanağından elə bil bel bankası çəkdilər. Atam soyuq görüşdüyü bu adamdan canını tezbazar qurtarmaq üçün bir ayağını qaçaraq qoyub artıq bir neçə dəqiqədir davam edən monoloqun bitməsini gözləyirdi. Kişi hərdən ucadan qəhqəhə çəkib gülür, hərdən də əlini əlinə bərkdən vurub az qala hamının eşidə biləcəyi səslə hansısa hadisəni atamın yadına salmağa çalışırdı. Yoldan ötənlərin təəccüb qarışmış narazı baxışlarını vecinə almayan Qulamın xasiyyətini dəyişməyə zamanın gücü çatmamışdı.

Çörəyini evlərdə, həyət-bacalarda iş görərək qazanırdı bir vaxtlar. Elə bil, iy bilirdi zalım oğlu. Hansı evdə qonaqlıq, hansı həyətdə yığıncaq olsaydı səhər tezdən gəlib bitərdi qapıda. Əl-ayaqda buyurulur, axırda da kəsilmiş qoyunun qarın-bağırsağını, baş-ayağını götürüb aparırdı evinə. Oxuyub yazmağı güc-bəla ilə öyrənəndən sonra məktəb qapısından ayağını üzən Qulamın təhsilə meyli olmadığı kimi hər hansı bir sənəti öyrənməyə də marağı olmamışdı. Qoşulmuşdu qohum-qonşunun həyət-bacasında iş görən, yük daşıyan atasına. 18 yaşını tamam edib getmişdi hərbi xidmətə. Əsgərlikdən gələn kimi qonşusu Adil kişinin kiçik qızı Güldanəni götürüb qaçırmışdı Bakıda yaşayan qohumlarıgilə. Qız evinin hədə-qorxusu, qarğışı səngiyəndən sonra qayıtmışdı rayona. Çox keçməmiş eşq yuxusundan ayılıb tutduğu işə əməlli-başlı peşman olmuşdu Güldanə və bu peşmançılıq kimlərinsə xeyir-şərində qab-qacaq yuyanda daha da artıb çoxalırdı.

“Qatır” ayaması beş adamın cəm olub qaldıra bilmədiyi yükü təkbaşına qaldırdığına görə verilmişdi Qulama. Zalım oğlu, deyirdin, dəmir idi, polad idi. Nə yorulmaq bilirdi, nə də bezmək...

Günün birində ət tədarükü ilə məşğul olan Kərəm kişinin Ələt yolunda saxlanması, Bakıya apardığı tonlarla ətin sənədsiz olması ucbatından iyləndirilib atılması xəbəri yayıldı rayona. Kimsə satmışdı onu. Arvadının qır-qızılını dəyər-dəyməzinə satıb cəriməni ödədi Kərəm kişi. Bir cəncəldən qurtarmamış ikinci cəncəl yapışdı biçarənin yaxasından. Qapısında kəsilən qoyun-quzunun baş-ayağını, içalatını kasıba, imkansıza paylayan Kərəm ikinci dəfə milislə üz-üzə gələsi oldu. Sən demə, qonum-qonşuya payladığı quzu başlarından birində birka varmış. Hansısa mərdimazar birkalı quzunun başını aparıb sahə müvəkkili Kazıma verir... Kərəm bu işi yoluna qoymaq üçün bu dəfə mal-qarasını, qoyun-quzusunu satmalı oldu.

Sonra ev tikdirmək üçün Qüdrətin qapısına tökülən daşların tozu-dumanı yatmamış, milis çatdırdı özünü.

Bu cür hadisələr çox oldu. O vaxt uşaq olduğumdan çoxu yadıma gəlmir... Qüdrətdən sonra hamını bir sual maraqlandırırdı: Satqın kimdi?

Payız gəlmiş, günəş üşüməyə başlamışdı. Yamyaşıl yarpaqların rənginə sarılıq çökmüşdü. Kiminsə mərdimazarlığı üzündən xərcə-borca düşüb xəzan görmüş yarpaqdan betər saralan Kərəm kişi oturmuşdu evinin qarşısındakı ərik ağacının altında, batmışdı qəm dəryasına. Aranı dağa, dağı arana daşıyırdı xəyalında. İki barmağının arasında yanıb kül olan siqaretindən də xəbəri yoxdu. Siqnal səsini eşidib diksindi. Əmisioğlu Sahib idi. Maşından düşüb gəldi Kərəmin yanına. Hal-əhval tutandan, bir qədər ordan-burdan danışandan sonra sözü qohumunun başına gələnlərə gətirib soruşdu:

- Əmioğlu, düzünü de, heç şübhələndiyin adam yoxdumu?

- Yoxdu, Sahib. Mən kimə neyləmişəm ki?

- Əmioğlu, sən yaxşı adamsan, bunu mən də bilirəm. Amma mərdimazar elə yaxşı adamları narahat edir də. Mən təxminən bilirəm bu, kimin işidi...

Kərəm yol çəkən gözlərini qıyıb soruşdu:

- Kimin?

- Məncə, səni Qatır Qulam satıb.

Kərəm hirslə Sahibə çəmkirdi:

- A kişi, kiri! Bildiyini də danışırsan, bilmədiyini də. Qulam Allahın elə bir fağır bəndəsidi ki, bir tikə çörək üçün qapılarda əsir-yesir olub. Görmürsən nə zülmlə pul qazanır? Yazığa böhtan atma. O, elə mərdiməzarlıq eləməz. Həmişə mən ona əl tutmuşam. Məni niyə satsın ki?

Sahib ürəyində əmisi oğlunun avamlığına güldü:

 - Ay Kərəm! Mən sənə söz deyirəm. Bilirsən ki, boş yerə söz demərəm. Qulamın satqın olduğunu sübut eləsəm, nə verərsən mənə?

Kərəm oturduğu stuldan ayağa qalxdı. Gözlərini zillədi Sahibin gözlərinə. Onun dediyinə inanmasa da, Sahibin yalan danışmadığını da bilirdi. Bilirdi ki, Sahib heç vaxt kimsəyə böhtan atmaz və heç vaxt dəqiq bilmədiyini, gözüylə görmədiyini də danışmaz. Artıq şübhələr ac qurd kimi gəmirirdi Kərəmin içini. Əsəbi-əsəbi dedi:

- Sahib, sən mənə ziyan vuran, ayağımın altını qazan adamın kim olduğunu tap, qulluğunda canla-başla hazıram.

Sahib bic-bic gülümsədi:

- Bu yaxında dost-aşna ilə bulaq başına gedəcəyik. Tapsam, bir quzu verərsən mənə.

- A kişi, sən mərdimazarın kim olduğunu üzə çıxar, quzu qurbandı sənə.

- Sən inanmırsan, amma satqının Qatır Qulam olduğunu tezliklə özün görəcəksən.

Sahibin şübhələri yersiz deyildi. Baxıb görürdü ki, işləri dolaşığa düşən adamlar soğan kimi soyulduqca Qulamın gün-güzəranı yaxşılaşır...

Əmisioğluna verdiyi sözün üstündən ikicə gün keçməmiş Qatır Qulam çıxdı rastına. Xoş-beşdən sonra ondan hara getdiyini soruşdu.

- Bura, çayxanaya gedirəm, - dedi Qulam və əli ilə qarşı tərəfi göstərdi. Sahib, Kərəmə verdiyi sözü xatırlayıb Qulamın qoluna girərək çəkib saldı onu çayxanaya. Axşamüstü kişilərin üz tutduğu, çay içib dərdləşdiyi bu məkanda adam o qədər də çox deyildi. Yenə domino, dama oynayırdılar. Siqaret dumanından göz-gözü görmürdü. Masaya çay gəldi. Sahib bir az Qulama sarı əyilib səsini qısdı:

- Xəbərin var, Məmmədağanın oğlu Mübariz evində saxta pul kəsir. Ehtiyatlı ol, dükan-bazarda nəsə alanda səni də aldadarlar. Yaman çox adam aldanıb.

Qulam xəbəri eşidəndə elə bil gözlərində beşyüzlük toyxana lampası yandı:

- Haay? Doğrudan?

Sahibin sağ əli kəpənək kimi qondu Qulamın sifətinə:

- Sən öl, elə eşitmişəm.

Qulam başını qaşıya-qaşıya fikrə getdi. Armudu stəkanda buğlanan çaydan bir-iki qurtum içib qalxdı ayağa. “Di mən gedim, indi yadıma düşdü ki, vacib işim var”, - deyib güllə kimi çıxdı çayxanadan.

Həmin gecə Məmmədağanın da, oğlu Mübarizin də evində səhərə kimi axtarış apardı milislər... Nəinki saxta pul, heç bir manat həqiqi pul da tapa bilmədilər...

Qulam tələyə düşmüş, “qəhrəman”ın kimliyi üzə çıxmışdı. Satqınlığının üstü açılar-açılmaz rayonu tərk etdi Qulam. Artıq doğulduğu, böyüdüyü, ilk addımlarını atdığı, ata-anasının, qohum-əqrəbasının dəfn olunduğu rayonda yaşamaq, el-obanın içinə çıxmaq üçün üzü qalmamışdı. Ən yaxşısı getmək idi buralardan... Evini sataraq arvad-uşağını da götürüb rayondan çıxdı. O gündən Qulamı “gördüm” deyən olmadı.

...Ərklə atamın qolundan tutub “9-cu mikrorayonda bir restoranım var, gedək, sizə yaxşı bir qonaqlıq verim”, - dedi.

Atam parça-parça buludlarla ləkələnmiş göy üzündən gözlərini çəkdi:

- Sağ ol, Qulam, tələsirik.

Üzündə ciddi və incik ifadə, qarnını qabağa verib guya əsəbiləşdi Qulam:

- Əəə, Qulam nədi? Məllimnən-zaddan de. Sonra tez yan-yörəsinə baxdı:

- Ayıfdı, eşidiv-eliyən olar.

Atamın öldürücü istehzasını illərdən sonra yenə gördüm:

- Yox, ay Qulam, mən o qələti eləyə bilmərəm...

Qulam qalstukunu biraz boşaltdı. Udqundu. Başını hirslə bulayıb cibindən çıxartdığı dəsmalla alnının, üzünün tərini sildi. Və biz uzaqlaşdıq.

Tini burulanda geri boylandım. Qatır Qulam ağ “Prado”suna söykənib siqaret çəkirdi...

525.az

Yenililklər
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
05.10.23
Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək
05.10.23
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısı Yun Fosseyə verilib
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
29.09.23
Bakıda “Türkiyə-Azərbaycan Qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi açılacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.