Rsm Qrc - Prosto. Rok-poeziya
28.12.17
Prosto Sevgidən danışma mənə xəyal məhsuludur şairlərin uydurduğu Həsrətdən danışma mənə qaranlıqdır mənə həsrətin nə olduğu qara paltarlı bir qadına çevrilib arxamca göz yaşı axıtmanı istəmirəm, Prosto, səninlə yatmaq istəyirəm Heçnəsiz sarılaq biri birimizə danışma mənə vəfadan, sədaqətdən söylə axı böyük şeylərin nə faydası var bizə söz açmayaq etibardan, ülfətdən - həyatdan istədiyim bunlar deyil Səndən də heç nə istəmirəm, Prosto, səninlə yatmaq istəyirəm
Gözəldir yaşamaq, sadəcə var olmaq yalançı mənalardan uzaqda bəxtiyar olmaq ən sonuncu arzumdur evli bir xiyar olmaq əhdi-peymandan danışma mənə gerçəkdən anlamıram sevginin nə olduğunu Səndən heç nə istəmirəm, Prosto, səninlə yatmaq istəyirəm.
/literaz.com/
|