“Dünya ədəbiyyatı” dərgisi Moldova ədəbiyyatını təqdim edir
25.12.17

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin 2017-ci il üçün 2-ci sayı bütünlüklə Moldova ədəbiyyatına həsr edilib.

Dərginin baş redaktoru Seyfəddin Hüseynli bildirib ki, yenicə işıq üzü görən “Moldova ədəbiyyatı” xüsusi sayında ötən əsrin ortalarından indiyədək fəaliyyətdə olan 40-a qədər moldovalı yazıçı və şairin yaradıcılığına yer verilib.

Dərginin yeni sayı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Moldovanın təhsil, tədqiqatlar və mədəniyyət naziri Monika Babukun, Moldova Azərbaycanlıları Konqresinin sədri Vqar Novruzovun, Moldovanın Azərbaycandakı səfiri George Keukenin “Dünya ədəbiyyatı”nın oxucularına ünvanlanan məktubları ilə açılır. “Azərbaycan-Moldova ədəbi əlaqələrində yeni səhifə” başlıqlı material isə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri şair Səlim Babullaoğlu ilə Moldova Yazıçılar Birliyinin sədri şair Arkadie Suçevyanu arasında 2017-ci il mayın 3-də Kişineuda imzalanmış Əməkdaşlıq Memorandumu və bu çərçivədə nəzərdə tutulan işlər haqqındadır.

Dərginin “Proza” bölümündə İqor Volnitskinin, Todur Zanetin və Aleksandru Vakulovskinin romanlarından parçalar, Boris Marian, Nikolae Spetaru, Yulian Çokan, Nikolae Rusu, Miroslava Metlyayeva, Lukretsiya Bırledyanu, Qriqore Kiper, Anatol Moraru, Andrey Burak, Mariya Pilkin, Klaudiya Partole, Nikolae Popa, Sergey Uzun, Yekaterina Burlak, Vladimir Lorçenkov, Emilian Qalayku-Paun, Vladimir Beşleaqa, Mixaela Perçun, Moni Stanila, Dumitru Krudu, Liliana Armaşu və Vlad Zbırçoqun hekayələri və ya esseləri verilib.

“Poeziya” bölümündə isə Arkadie Suçevyanu, İon Hadırke, Mariya Pilkin, İvan Pilkin, Raisa Sıbırne, Valeriu Matey, Kelina Trifan, Leo Butnaru, Vasile Romançuk, Teo Kiriak, İrina Nekit, Maria Slyahtitski, Radmila Popoviç, Mila Kurudimova, Liliana Armaşunun şeirləri dərc olunub.

Nüfuzlu şair və ədəbiyyatşünas A.Suçevyanunun dərgidə yer alan məqaləsi çağdaş Moldova poeziyasının mənzərəsinə güzgü tutur.

Seyfəddin Hüseynli bildirib ki, moldovalı ədiblərin əsərləri “Dünya ədəbiyyatı” dərgisinin oxucularına Azad Yaşar, Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Cavanşir Yusifli, Məqsəd Nur, Qismət, İlahə Əkbər, Həmid Piriyev, Pərviz Yusif, Şəfiqə Şəfa, Jalə İsmayıl, Rəbiqə Nazimqızı, Səbuhi Şahmursoy, Cavid, Pakizə Zakirova və Gülzarın tərcüməsində təqdim edilib.

Xatırladaq ki, bu günlərdə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin daha bir yaradıcı layihəsi uğurla nəticələnib və Mərkəzin hazırladığı, Moldova ədəbiyyatı ilə bağlı iki yeni nəşr işıq üzü görüb. Bu kitablarda müasir Moldova ədəbiyyatında seçkin imzalardan olan iki ədibin Azərbaycan dilinə çevrilmiş əsərləri dərc edilib. Arkadie Suçevyanunun “Qağayı ilə göndərilən məktub” adlanan 112 səhifəlik bu şeirlər toplusu bilinqva (ikidilli) nəşrdir. Şeirləri dilimizə Səlim Babullaoğlu və Qismət çeviriblər. Digər nəşrdə isə ünlü Moldova yazıçısı İqor Volnitskinin “Mənə ölməyi öyrət” romanı yer alıb. Yerli və rusdilli ədəbi mühitdə geniş əks-səda doğurmuş romanı Azərbaycan dilinə Azad Yaşar tərcümə edib. Hər iki kitabın redaktoru Seyfəddin Hüseynlidir.

Nəşrlər Moldova Azərbaycanlıları Konqresinin dəstəyilə, “Bakıda Moldova kitabı günləri” çərçivəsində  hazırlanıb. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin dəstəklədiyi “Bakıda Moldova kitabı günləri” gələn il yanvarın son ongünlüyünə nəzərdə tutulur. /525.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.