Britaniyalı alimin məşhur əsəri ilk dəfə Azərbaycan dilində
20.12.17

Məşhur britaniyalı alim, tanınmış din tarixçisi, ilahiyyatçı və filosof Karen Armstronqun ona dünya şöhrəti qazandıran əsərlərindən biri ilk dəfə olaraq Azərbaycanda dilində nəşr olunub.

Məlumata görə, nəfis tərtibatda çap olunmuş “Mifin qısa tarixi” kitabında miflərin paleolit dövründən müasir dövrə qədər məruz qaldığı dəyişikliklər tədqiq edilir.

“İnsanlar həmişə miflər yaradıblar” deyən müəllif insanların miflərə həmişə ehtiyac duyduğunu, ancaq əkinçilik, ovçuluq və şəhərsalma kimi böyük dəyişikliklər zamanı mifləri gözdən keçirib yenidən şərh etdiklərini göstərir.

“Miflərə hazırkı yadlaşmamızın tarixdə analoqunun olmadığını” düşünən Karen Armstronq “mythos” ilə “logos”un düşmən qütblərə ayrılması nəticəsində XX əsrin dağıdıcı miflərinə meydan verildiyini yazır. Mifin bir sənət növü olduğunu vurğulayan müəllif dünyanı şər miflərdən qorumaq üçün sənət adamlarının gətirəcəyi təzə nəfəsə ehtiyacın olduğunu qeyd edir.

Bu əsər mifik təfəkkürün tarixi inkişafının xülasəsi olmaqla bərabər, “logos” və “mythos” tərəfdarlarının antaqonist münasibətləri bir kənara atıb qarşılıqlı anlaşma zəminində dialoq qurması istiqamətində təşəbbüs də sayıla bilər.

“Allahın tarixi” adlı məşhur əsəri ilə bütün dünyada tanınan və görkəmli mütəxəssis kimi qəbul edilən Karen Armstronq “Mifin qısa tarixi” kitabında mifin tarixdən əvvəlki dövrdən günümüzə qədərki inkişafını özünəməxsus konkretliklə tədqiq edir. Mifin tarixi insanlığın, bizim hekayələrimizin və inanclarımızın, maraq hissimizin və dünyanı dərk etmək cəhdimizin tarixidir, mif bizi əcdadlarımıza və bir-birimizə bağlayır, kainata məna verməyimizə kömək edir.

Karen Armstronq oxucunu paleolit dövrü ovçularının miflərindən son 500 ildəki “Böyük Qərb transformasiyası”na və mifin elm tərəfindən diskreditasiya edilməsinə qədər keçən dövr boyunca səyahətə çıxarır.

Kitab 7 bölümdən ibarətdir. Oxucular bu əsərdə “mif nədir”; “paleolit dövründə ovçuların, neolit dövründə əkinçilərin mifologiyası necə olub”; “ilk sivilizasiyalarda mifik dünyagörüşü nədən ibarət idi”, “Böyük Qərb transformasiyası nə deməkdir” və s. bu kimi suallara tarixi-fəlsəfi aspektlərdən əsaslandırılmış cavablar tapa biləcəklər.

Müəllifin çoxillik araşdırmalarının məhsulu olan kitab tarixçi-alimlər, dinşünaslar, sosioloq və filosoflar, habelə dinlərin tarixi ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub. /APA/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.