“Multikulturalizm” jurnalının 2017-ci il üçün üçüncü sayı işıq üzü görüb
19.12.17

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının 2017-ci il üçün üçüncü sayı işıq üzü görüb.

Jurnal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1-ci Dünya Skaut Konfransının iştirakçılarına təbrik məktubu ilə açılır.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki, Roş-Ha-Şana – Yeni il münasibəti ilə Azərbaycanın yəhudi icmasına təbriki və BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı çap edilib.

Jurnalın rəsmi bölməsi bu materialla qapanır.

“Forumlar, Konfranslar, Dəyirmi Masalar” bölməsində avqust ayının 14-də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə  keçirilmiş Dünya Skaut Hərəkatı Təşkilatının 41-ci Bakı Konfransının gündəliyi verilib.

“İslam Həmrəyliyi İli” rubrikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi, ilahiyyatçı Rövşən Nəzərovun “İslam həmrəyliyi: problemlər və prespektivlər” adlı məqaləsi dərc olunub.

Jurnalın “Dialoq” bölməsində Azərbaycan Respublikası Prezidenti  Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə  Baş məsləhətçisi Etibar Nəcəfovun Polşada  ATƏT-in   insan  haqlarına həsr olunmuş tədbirinə dair  müsahibəsi dərc edilib.

“Çoxmədəniyyətlilik” rubrikasında Əli Fərhadovun “Cənubi Qafqazda multikulturalizmin ədəbi-publisistik qaynaqları” məqaləsi yer alıb. Sözügedən bölmədə eyni zamanda Məlahət Babayevanın ““Uçurum dərələrə” eşqdən körpü salan ədəbiyyatımız” adlı məqaləsi də dərc edilib.

 “Azərbaycan əcnəbilərin gözü ilə” rubrikasında İkinci Dünya müharibəsində əsir düşmüş alman əsgəri Villi Deşin  gündəliyindən  qeydlərin ardı  dərc edilib.

 “Axundov zalı” rubrikasının poeziya guşəsində tanınmış şair Rüstəm Behrudinin şeirləri dərc olunub.

“Höte zalı”nın nəsr bölməsində Nəriman Əbdülrəhmanlının tərcüməsində gürcü yazıçısı Qoderzi Çoxelinin “Küknarlara məktub” hekayəsi oxuculara təqdim edilir.

“Tənqid və Esseistika” bölməsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin rəhbəri  Rəşad İlyasovun “Kamal Abdullanın “Birun-Əndərun” dilemmasına metafizik baxış” adlı məqaləsi çap edilib.

Jurnalın “Multikulturalizm mozaikası” rubrikasında 2017-ci ilin üçüncü rübündə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, eləcə də ölkə ərazisində keçirilən tədbirlər işıqlandırılıb. Adı çəkilən bölmədə eyni zamanda “Azərbaycanın Gənc Dostları Klubu” üzvlərinin erməni silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində həlak olan iki yaşlı Zəhranın ölümü ilə əlaqədar dünyadakı həmyaşıdlarına ünvanladığı müraciət,  “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində – Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq mültikulturalizm yay məktəbinin gündəliyi, iştirakçıların keçirdiyi görüşlər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti  yer alıb.

Jurnalın budəfəki “Region” əlavəsində “Təbrizdən gələn səslər” başlığı altında  Bəxtiyar Muğanoğlunun, Elmira Kəriminin, Duman Ərdəmin, Bulud Muradinin, Dinməzin və digər şairlərin şeirləri toplanmışdır. Qeyd edək ki, “Region” əlavəsinin növbəti səfəri Azərbaycanın Qərb bölgəsinə olacaq. 

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.