İşiquronun Nobel nitqi - Mətn
14.12.17

Nuranə Abbasovanın tərcüməsində 2017-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquruonun Nobel nitqini təqdim edirik.

Əgər təsadüfən mənimlə 1979-cu ilin payızında rastlaşsaydınız, ictimai, hətta irqi vəziyyətimi xarakterizə etməkdə çətinlik çəkərdiniz. 24 yaşım vardı. Üzümdə yapon cizgiləri daşıyırdım. Ancaq həmin dövrdə Britaniyada rastlaşdığınız yaponlardan fərqli olaraq çiynimə düşən saçlarım və quldur stilində çənəmədək uzanan bığım vardı. Nitqimdəki şivə isə İngiltərənun cənub qraflıqlarında tərbiyə olunanların tələffüzünə oxşayırdı. Əgər mənimlə ünsiyyətə girsəydiniz, yalnız “total futbol”un holland taktikası, yaxud Bob Dilanın sonuncu albomu və ya Londonda evsiz keçirdiyim bir ilim haqda danışa bilərdik. Əgər Yaponiya və mədəniyyəti haqqında soruşsaydınız, səsimdəki titrəmələri hiss edərdiniz. Çünki həmin vaxt hətta bayram münasibətilə getdiyim və 5 yaşımdan tərk etdiyim bu ölkə haqda xəbərsizliyimi elan edə bilərdim.

Həmin payız ətrafında kiçik su dəyirmanları və fermer sahələri olan balaca ingilis kəndi Bakstona (Norfolk) rükzakım, gitaram və daşınabilən yazı makinamla gəlmişdim. Bura Şərqi İngiltərə Universitetində “Ədəbi yaradıcılıq” kursuna qəbul olunduğum üçün gəlmişdim. Universitet Noric şəhər kilsəsindən 10 mil məsafədə yerləşirdi və avtomobilim olmadığından ora getmək üçün yeganə şansım yalnızca səhər, günorta və axşam bir dəfə yola çıxan avtobus idi. Ancaq sonra müəyyən etdim ki, bu, elə də böyük problem deyilmiş. Universitetdə həftədə iki dəfədən az olmamaq şərtilə dərs buraxmağıma icazə verirlərmiş.  Qaldığım otağı arvadı tərəfindən tərk edilmiş 30 yaşlı kişiyə məxsus balaca evə dəyişdim. Şübhəsiz, ev onun dağılmış xəyallarının kabusuyla doluydu. Nədənsə məndən uzaq qaçırdı, hər halda bütün gün bircə dəfə olsun, onu görmürdüm. Coşqun həyatdan sonra Londonda qeyri-adi sakitlik və təkliklə baş-başa qaldım. Bu isə məni yazıçıya çevirdi.

Faktiki olaraq balaca otağım hər yazıçının arzuladığı klassik çardaqdan fərqlənmirdi. Tavanlar əyri-üyrü idi, əgər barmaqlarımın ucuna qalxsaydım, yeganə pəncərəmdən uzandıqca uzanan şumlanmış sahələrə doğru açılmış mənzərəni görəcəkdim. Balaca stol var idi, onun da üstü yazı makinam və stolüstü lampamla tutulmuşdu. Döşəmədə çarpayının yerində böyük düzbucaqlı, sənaye istehsalı süngər var idi. Bu da məni Norfolkun soyuq qış gecələrində belə, tərləməyə məcbur edirdi.

Məhz bu otaqda yayda yazdığı iki qısa hekayəmi diqqətlə təhlil etməyə başladım. Onları yeni sinif dostlarıma (Sinifdə həftədə iki dəfə yığışan 6 nəfərdən ibarət idik) göstərmək üçün yaxşı olub-olmadıqlarını aydınlaşdırırdım. Həyatımın həmin dövründə BBC tərəfindən rədd edilmiş radiotamaşada öz yerimi tutaraq bədii nəsr sahəsində bir qədər cızmaqara etdim. Əslində 20 yaşım olanda çətinliklə də olsa, rok-ulduz olmağa qərar vermiş, ədəbiyyat ambisiyalarımı isə yeni-yeni elan etməyə başlamışdım.

Nəzərdə tutduğum iki mühüm hekayə universitet kursuna qəbul olunmağıma cavab olaraq təlaşla yazılmışdı. Onlardan biri kütləvi intiharlar, digəri sosial xidmət işçisi kimi vaxtımı keçirdiyim Şotlandiyada küçə döyüşləri haqda idi. Daha sonra Böyük Britaniyada əksər gənclərin etdiyi kimi pişiklərini zəhərləyənlər haqda yeni hekayəmə də başlamışdım. Daha sonra bir gün - otağımda keçirdiyim üçüncü, ya dördüncü gecə idi – Yaponiya, İkinci Dünya müharibəsinin son illərində anadan olduğum Naqasaki şəhəri haqda inadkar güclə yazmağa başladım.

Bunun mənim üçün gözlənilməz olduğunu qeyd etməliyəm. Bu gün hakim olan inanca əsasən, bu, qarışıq mədəni mirasa sahib təkfikirli yazıçının əsərindəki “köklərini” kəşf etməsinin instinktidir. Ancaq bu vəziyyət bir qədər məndən uzaq idi. Böyük Britaniyada “multikultural” ədəbiyyat partlayışından bir neçə il uzaqda idik. Həmin vaxt Salman Rüşdi yalnız bir kitab buraxmışdı və o qədər tanınmırdı. Qeyd edilən dövrün aparıcı britaniyalı gənc yazarlarının kim olduğu soruşulsa, insanlar Marqret Dreblin, köhnələrdən isə Ayris Merdokun, Kinqsli Emisin, Uilyam Qoldinqin, Entoni Berdcessin, Con Faulzun adlarını çəkə bilərdilər. Qabriel Qarsiya Markes, Milan Kundera və Xorxe Luis Borxes kimi xaricilər çox az oxunurdular. Hətta adları kitabsevərlərə belə yad idi.

İlk yapon tarixini bitirəndə ədəbi iqlim belə idi. Yeni istiqamətin açılışı hissilə qarşımda sual qoymağa başladım: bütün bu baş verənlərə öz arzularının geriləməsi kimi baxmaq olmazmı və dərhal “normal” mövzulara qayıtmaq lazım deyil ki?.. Bir qədər tərəddüddən sonra bu tarixi təqdiq etməyə başladım və indiyədək bu işdə mənə dəstək olan kurs yoldaşlarıma, müəllimlərimə, Malkol Bredberi və Anjela Karterə, roman yazarı Pol Beyliyə dərin təşəkkürümü bildirirəm. Əgər daha az pozitiv olsaydılar, yəqin daha Yaponiya haqda yazmayacaqdım.

Otağıma qayıtdım və hər gün yazdım, yazdım. 1979-cu ilin qışından 1980-ci ilin yazınadək, demək olar, heç kimlə danışmırdım. Yalnız 5 sinif yoldaşımla, quru səhər yeməkləri və quzu böyrəkləri aldığım dükan satıcısı ilə ünsiyyət qururdum. Və ən əsası, hər ikinci həftə sonu məni ziyarətə gələn sevgilim Lornla (İndi həyat yoldaşımdır) ünsiyyətdə idim. Bu, tarazlaşdırılmış həyat deyildi, amma bu 4-5 ay ərzində ilk romanım – atom bombasından sonra bərpa olunan Naqasaki haqda danışdığım “A Pale View of Hills”in (“Təpələrin solğun mənzərəsi”) yarısını yaza bildim.

Hərdən xatırlayıram ki, bu dövr ərzində Yaponiyada baş verə biləcək bir neçə hadisə haqda qısa hekayələr üçün ideyalar düşünməyə başlamışdım və bunu onlara marağımın necə azaldığını göstərmək üçün xatırlayıram. Bu aylar mənimçün çox önəmli idi. Bu aylar olmasaydı, heç vaxt yazıçı olmayacaqdım. Həmin vaxtdan tez-tez geriyə boylanır və soruşuram: mənimlə nə baş verirdi? Bu xüsusi enerjinin arxasında nə dayanırdı? Cavabım “məhz həyatımın həmin dövründə inadla “qoruyub saxlama” işi ilə məşğul olmağa başlamışam” olur. Bunu izah etmək üçün isə bir qədər geriyə qayıtmalıyam.

5 yaşım olanda valideynlərim və bacımla İngiltərəyə gəldim. 1960-cı ilin aprelində Londonun cənubundan 30 mil məsafədə yerləşən, “birja dəllalları” ilə zəngin Surrey qraflığının Qildford şəhərinə köçdük. Atam Britaniya hökumət orqanında çalışmağa başlayan tədqiqatçı-alim, okeanoqraf idi. Yeri gəlmişkən, atamın bu sahə ilə bağlı ixtira etdiyi mexanizm bu gün də Londonda Elm Muzeyinin daimi kolleksiyasının bir hissəsini təşkil edir.

Gəlişimizdən bir qədər sonra çəkilmiş fotolar İngiltərəni keçmiş zamanda göstərir. Kişilər V yaxalıqlı yun sviterlər geyinir, avtomobillərinin ayaqlığı və arxada ehtiyat təkəri var. “The Beatles”, seksual inqilab, tələbə etirazları, “multikulturalizm” öz yerində idi. Ancaq bir ingilisin ailəmizə gəlişi azacıq şübhəli görünürdü. Fransa və ya İtaliyadan hər hansı əcnəbini qarşılamaq çox xoş hadisə hesab edilsə də, yaponlardan söhbət belə, gedə bilməzdi.

Ailəmiz 12 evdən ibarət, asfalt yolun bitdiyi və kənd yolunun başladığı ölü bölgədə yaşayırdı. Yerli fermadan 5 dəqiqəlik məsafədə yerləşən kənddə inəklər sıra ilə düzülür, süd at arabalarında paylanırdı. İngiltərəyə gəldiyim ilk gündən təsəvvürümdə qalan mənzərə - saysız kirpi, şirin gecə varlıqları, avtomobil təkərləri ilə əzilmiş, səhər zibilyığanların gəlişini gözləyən yola tökülmüş zibillər...

Qonşularımızın hamısı kilsəyə gedirdi və onların uşaqları ilə oynayanda yeməkdən əvvəl kiçik dua etdiklərinin şahidi olurdum.

Bazar məktəbində təhsil alırdım və 10 yaşım olanda kilsə xorunda oxumağa başladım. Qildfordda xor oxuyan ilk yapon idim. Yerli ibtidai məktəbə getməyə başladım. Orada bütün məktəb tarixi boyunca yeganə ingilis olmayan şagird idim. 11 yaşım olanda Londondakı ofislərinə gedən zolaqlı kostyumlu və papaqlı kişilərlə birlikdə hər səhər qonşu şəhərdə yerləşən gimnaziyaya yollanmaq üçün qatardan istifadə edirdim.

Bu mərhələdə ingilis orta məktəb şagirdindən gözlənilən davranışları öyrənməyə başladım. Dostumun evinə gedəndə böyüklər otağa daxil olarkən nə etməli olduğumu; yemək vaxtı stoldan qalxmaq üçün icazə istəməli olduğumu öyrəndim. Məhəllədəki yeganə əcnəbi uşaq olduğum üçün məşhur idim. Digər uşaqlar onlarla tanış olmazdan əvvəl kim olduğumu bilirdilər. Tanımadığım yeniyetmələr isə bəzən küçədə, mağazada adımla müraciət edirdilər.

Geriyə boylananda yaponların qatı düşmənləri olduğu İkinci Dünya müharibəsinin bitməsindən 20 ildən az vaxt keçməsinə baxmayaraq ingilis cəmiyyətinin ailəmi qəbul etməsinə, o cümlədən, valideynlərimin Britaniyaya köçməklə bağlı qəbul etdikləri qərarın cəsarətliliyinə heyrətlənirəm. İkinci Dünya müharibəsini görmüş və yeni rifah dövləti qurmuş həmin nəsil ingilislərə qarşı bu günədək qoruduğum sevgi, hörmət və xoş niyyət o illərdəki şəxsi təcrübəmdən əhəmiyyətli dərəcədə fərqlənir.

Ancaq bütün bu vaxt ərzində yapon valideynlərimlə birlikdə evimizdə başqa həyatı yaşayırdım. Evdə fərqli qaydalar, fərqli gözləntilər, fərqli dil hakim idi. Ailəmin əsl məqsədi bir və ya iki il sonra Yaponiyaya qayıtmaq idi. Əslində İngiltərədəki 11 il ərzində hər il “gələn il” qayıtmağa hazırlaşırdıq. Ailəm yerli xalqın adət-ənənələrinə onları qəbul etməyə lüzum görmədən əməl edirdilər. Valideynlərim uzun müddət Yaponiyaya qayıdıb təhsilimi orada almağım və gəncliyimi orada keçirməyim üçün təkliflər edirdilər. Hər ay Yaponiyadan səbirsizliklə gözlədiyim əyləncəli dərgilər, jurnallar və dərs vəsaitlərindən ibarət bağlama gəlirdi. Bu bağlamaların ardı-arası babamın ölümündən sonra bir müddət kəsildi. Ancaq valideynlərimin köhnə dostları, qohumları və Yaponiyadakı həyatları haqdakı söhbətləri hər zaman məndə dərin təəssürat buraxıb. Daim şahanə və aydın xatirələrimi yada salırdım: babalarım, Yaponiyada qalan oyuncaqlarım, yaşadığım ev, getdiyim bağçam, tramvay dayanacağı, körpünün yaxınlığında yaşayan it, bərbərxanadakı stol, aynanın önünə bərkidilmiş oğlan uşaqları üçün hazırlanmış xüsusi avtomobil sükanı.

Bu qədər məlumatlarla böyüdüyümdən, xəyali dünyalar qurmazdan çox əvvəl təsəvvürümdə “Yaponiya”adlı zəngin detallarla bəzədilmiş yer inşa edirdim. Bu yerdə kim olduğumu xatırlayır və özümə inamı hiss edirdim. Yaponiyaya fiziki olaraq heç vaxt qayıtmamağım faktı ölkəylə bağlı fikirlərimin daha canlı və şəxsi olmasını təmin edirdi.

“Müdafiə”yə duyulan ehtiyac da buradan yaranırdı. Həmin vaxt açıq şəkildə etiraf etməsəm də, 20 yaşımın ortalarına çatanda bəzi mühüm şeylərin fərqinə varmağa başladım. “Öz” Yaponiyamın təyyarə ilə gedə biləcəyim hər hansı yerə uyğun gəlmədiyini qəbul etməyə başlamışdım: uşaqlığımdan xatırladığım, ailəmin danışdığı həyat tərzinin 1960-70-ci illərdə yoxa çıxdığını və beynimdəki Yaponiyanın uşaq hafizəsindən, xəyal gücündən və spekulyasiyadan yaranmış duyğusal konstruksiya olduğunu dərk etdim. Ən mühümü, böyüdüyüm hər illə bərabər mənim üçün dəyərli Yaponiyanın daha da solğunlaşdığını və daha sönük olduğunun fərqinə vardım.

İndi əminəm ki, bu “mənim” Yaponiyamın bənzərsiz və inanılmaz dərəcədə incik olması – bunu kənardən təsdiqləmək mümkün deyil – məni Norfolkdalı o balaca otaqda işləməyə sövq etdi. Gördüyüm iş dünyanın xüsusi rəngləri, vərdişləri, hisslərin, çatışmazlıqları, ağlımda sonsuzadək solmayan yer haqqında düşündüyüm hər şeyi kağızdan “endirmək” idi. Yeganə diləyim bədi ədəbiyyatda “öz” Yaponiyamı yenidən yaratmaq, təhlüksəiz hala gətirmək və bir kitabı göstərərək “Bəli, bunun içərisində mənim Yaponiyam var” demək idi.

(Ardı var)

Tərcümə: Nuranə ABBASOVA
Mənbə: Nobelprize.org

parafr.az

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.