"Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
14.12.17

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Humanitar Elmlər Bölməsi, İctimai Elmlər Bölməsi və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş "Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən təşkil olunduğunu bildirib. Qeyd edilib ki, Hüseyn Cavidin yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olub. Akademik yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu xatırladıb. Ümummilli Liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olduğu bildirilib. Ulu öndər Heydər Əliyevin ədibin irsinə daim yüksək dəyər verdiyini deyən akademik bu diqqətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, görkəmli alimin 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Sərəncamın Hüseyn Cavid irsinə diqqətin göstəricisi olduğunu bildirib.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Böyük mütəfəkkir şair Hüseyn Cavid haqqında söz" mövzusunda məruzə ilə çıxış edib. Dramaturqun həyat və yaradıcılığından danışan akademik onun fəaliyyətə şeirlə başladığını, ilk pyesi "Ana"nı 1910-cu ildə yazdığını bildirib. Qeyd edilib ki, 1937-ci ilədək 20-dən çox pyes yazan Cavid Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyub. Onun yaradıcılığındakı fəlsəfi və tarixi faciələr Azərbaycan dramaturgiyasında yeni mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da təsir göstərib. Akademik sənətkarın ədəbiyyatımızda mühüm rolundan, şair, dramaturq və istedadlı pedaqoq kimi yaradıcılığından söz açıb, "İblis", "Peyğəmbər", "Şeyx Sənan" və digər əsərləri ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu vurğulayıb.

Akademik qeyd edib ki, Cavid XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran böyük ideoloq və bu ideyaları ədəbiyyata gətirən dahi şəxsiyyət olub. Hüseyn Cavid irsinin müxtəlif dilə, dini etiqada və mədəniyyətə malik insanların çoxmədəniyyətlilik, çoxdillilik, çoxetiqadlılıq şəraitində bir-birinə münasibətdə xoşrəftarlılığı təlqin etdiyini söyləyən İ.Həbibbəyli vurğulayıb ki, onun yaradıcılığının milli və coğrafi hüdudları, məkan və zaman çərçivəsi yoxdur. Akademik bildirib ki, Cavid yaradıcılığı Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətinə birbaşa xidmət edən dəyərli əsərlərdən ibarətdir.

"Fikirdən hazır misrayadək olan yol: düşüncəni bədiiləşdirmək və şeirə çevirmənin Cavid tərzi" mövzusunda məruzə ilə çıxış edən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov ədibin əsərləri üzərində özünəməxsus iş xüsusiyyətlərindən danışıb. Qeyd edilib ki, böyük Azərbaycan şairi və dramaturqunun yaradıcılıq prosesi son dərəcə fərdi, təkrarsız olmaqla yanaşı, həm də müəyyən məchulluğa malikdir. Akademik Cavidin indiyədək araşdırılmamış və nəşr edilməmiş qeyd dəftərləri, qaralamaları əsasında onun fikirlərini şeirə çevirməsi texnologiyasından söz açıb. Vurğulanıb ki, Hüseyn Cavidin yazacağı şeirin yalnız ideyaca, mənaca deyil, hətta ifadə baxımından necə olacağını əvvəlcədən müəyyənləşdirdiyini həmin əlyazma materialları aşkar nümayiş etdirir. Şeirə keçməzdən əvvəl o, hiss və düşüncələrini nəsrlə yazır, daha sonra isə bu dəqiq cızılmış "yol xəritəsi" əsasında şeirini qurur.

Akademik R.Hüseynov çıxışında görkəmli dramaturqun bədii tərcümələr zamanı orijinalın mənasını qorumaqla yanaşı, onu əslindən geri qalmayan yüksək bədiiliklə ifadə etmək üçün yad misraları necə özününküləşdirməsini konkret nümunələr və Ömər Xəyyam irsindən müxtəlif şairlərin tərcümələri ilə müqayisələr əsasında təqdim edib.

Sonra Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Hüseyn Cavid və klassik irs" mövzusunda məruzə ilə çıxış edib. Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olduğunu deyən natiq bildirib ki, böyük dramaturqun sənətinin unikallığı Şərq-Qərb ədəbi-mədəni kontekstinin sintezindən ibarət olmasındadır. T.Kərimli vurğulayıb ki, mükəmməl Şərq təhsili alan, Məhəmmədtağı Sidqi kimi böyük bir pedaqoqun təhsil ocağında yetişən, fars dilinə mükəmməl bələd olan, hətta bu dildə bənzərsiz şeirlər yaradan Cavid Qərb mədəniyyətini və ədəbiyyatını da kifayət dərəcədə mənimsəyib, çağdaş səviyyəli mütəfəkkir-şair-dramaturq kimi formalaşıb. Bildirilib ki, Cavidin müraciət etdiyi klassik əsərlər arasında İran şairləri – Əbülqasım Firdovsi, Ömər Xəyyam və Fəridəddin Əttar daha çox üstünlük təşkil etsə də, bütün bu qaynaqlar ona ancaq forma materialı kimi lazım olub: "Cavidin məzmunca ən çox iki qaynağa – Nizami humanizminə və Füzuli məhəbbətinə söykəndiyini görürük. Xüsusən yaradıcılığının ilk dövrlərində məhəbbət mövzusunda yazılmış əsərlərə üstünlük verən ədib böyük Füzulinin layiqli xələfi kimi çıxış edir. Lakin onu da göstərmək lazımdır ki, Füzuli məhəbbətindən fərqli olaraq, Cavid məhəbbəti daha çox vüsala can atan, ayrılıqdan əzab çəkən bir özəlliyə malikdir. Bu da şairin məhəbbətindəki irfani çaları hədsiz dərəcədə azaldır, onu dünyəvi məhəbbətin tərənnümçüsünə çevirir".

Elmi konfransda Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu "Hüseyn Cavidin poetik dili", Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "Hüseyn Cavid obrazı Azərbaycan incəsənətində", filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva "Hüseyn Cavid yaradıcılığında multikulturalizm: Şeyx Sənan və Xumar", AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı "Hüseyn Cavid yaradıcılığında Şərq-Qərb məsələsi", Fəlsəfə İnstitutu direktorunun elmi işlər üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli "Heydər Əliyev və Hüseyn Cavidin fəlsəfi irsi" mövzularında məruzələrlə çıxış ediblər. /Azərtac/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.