Xanəmir Telmanoğlu - Boşalıb gedərəm göy qırağıyla
13.12.17
ey dadi bidad danəndə dəhan dərviş d... patişahın başındakı bitdən zara gəlibdir... Sənin ruhun dildir dil Söz ürəyinin harasında hecala-şar Şamanın ən al qanında Lap yeri deşən dabanında Üzərində saxlandığı şah budağında Faniliyə qas-qas gülən gücü Gahdan artıb azalsa da ayın üzü xamdı xam Ay canda nə vaxt doğar Göy dolanda məryəm ananın Səsi dağlarda dönər ağıya Gen sağlarda adamlar adamlar Sıxar gözlərini oxuya-oxuya Yerə-göyə gülüb qarışmayan Allahın köhləni (itəni də) də birdi bir Allah köhlənin neçəsindən kişnəşər Yolu gedər yolu bular Göyü güdər gözüm dolar Belə casus görməməmişdim Bircə qanımı daşırar Bircə canıma oxuyar Səsi ölümdən baldır bal ( bal çiçəyin yarasından mı şahlanar) Səs balın harasından damar Üfüqə baxar kimi baxaram sənə Gözlədiyim candan tez keçər (illər gəlib tez, tez keçər) Ağarar saçlarım rəng deyər Kürəyimdə soyuyar əllərin Bircə yol da üz-üzə gələk Gözlərini gözlərimə çax da( çıx da) gəl ( gül) Səni gözləyən candı can Sən canın harasına kəfilsən Sən bu tənin harasına kəfənsən əlin-ayağın qandı eyzan qan durub durukən əl ayağın qanı boyuyar qırpsam gözlərimi bir anlıq açsam qanadlarımı şaqqqa şaqq tapmaram tozunu da bir güldə qaybın pərdəsində titrərsən açılmır sirrin bağlanmır yolun sən belə bir təhərsən halın tutur tutur məni uzaqdan halın ömrümün sonrasındadı sənə baxıram itirsən sənə elə baxaram itərsən mahşər irəli gələr mahşər- mahşər irəli gələr geri gedər dolub daşar saatlar səni vaxt bilib quraram səni vaxtında bularam görərsən gedib gəncliyim zamanı ararsan boy-buxunumda ruhum keçər əlinə ruhum boşalıb gedərəm göy qırağıyla o taya keçsəm incimərsən bu tayda qalsam yenə sərsəməm sərsəm
2000
|