Mir Cəlal Paşayevin ingilis dilinə tərcümə edilən kitabı Los-Ancelesdə təqdim olunub

21.11.17

Görkəmli yazıçısı Mir Cəlal Paşayevin ingilis dilinə tərcümə edilən qısa hekayələrindən ibarət kitab Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə təqdim edilib.
Baş Konsulluqdan "Report"a verilən məlumata görə, bu, ADA Universiteti tərəfindən bu il nəşr edilən kitabın ABŞ-da ilk təqdimatıdır.
Təqdimatda xarici ölkələrin baş konsulları, beyin mərkəzlərinin, ali təhsil ocaqlarının, ədəbiyyat və mədəniyyət təsisatlarının nümayəndələri, din xadimləri, jurnalistlər, müxtəlif icmaların üzvləri və digər şəxslər iştirak ediblər.
Tədbiri açan Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Mir Cəlal Paşayevin həyatı, yaradıcılğı və pedaqoji fəaliyyəti haqqında qonaqlara məlumat verərərək, yazıçının Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafındakı xidmətlərindən danışıb. Diplomat qeyd edib ki, Mir Cəlal Paşayevin əsasını qoyduğu məktəb hazırda da uğurla davam etdirilir. N.Ağayev bildirib ki, yazıçısının  öz əsərlərində geniş tərənnüm etdiyi humanizm, vətənpərvərlik və sosial ədalət prinsipləri universal dəyər daşıyır və yazıçının ədəbi yaradıcılığında önəmli rol oynayır. Baş konsul qeyd edib ki, Mir Cəlal Paşayev ədəbiyyat, mədəniyyət, elm və təhsil tariximizin ən parlaq nümayəndələrindən biri olaraq, yaddaşlarda işıqlı şəxsiyyət kimi yaşamaqdadır.
Daha sonra Baş Konsulluq tərəfindən hazırlanmış, yazıçısının həyat və yaradıcılığına həsr olunmuş qısa video-çarx nümayiş etdirilib. Sonra Mir Cəlal Paşayevin ingilis dilinə tərcümə edilmiş qısa hekayələrindən ibarət kitabın amerikalı redaktoru Betti Bleyer (Betty Blair) çıxış edərək, kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışıb. O, yazıçısının öz hekayələrində satiradan geniş istifadə edərək, Sovet sisteminin eybəcərliklərini məharətlə ifşa etdiyini, bu kimi mənfiliklərin hər bir cəmiyyətin inkişafını geri saldığını göstərdiyini qeyd edib.
Çıxışların ardınca amerikalı aktyorlar Mark Ceykobson (Mark Jacobson), Kristina Gerla (Cristina Gerla) və Kris Agilanın (Chris Aguila) təqdimatında Mir Cəlal Paşayevin “Anket Anketov”, “İclas qurusu” və “Söyüd kölgəsi” hekayələri nümayiş etdirilib. Əsərlər tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Tamaşadan sonra Los-Ancelesdə yaşayan Azərbaycan icmasının gənc üzvləri skripkaçı Elvina Qurbanova və vokalist Nail Qurbanovun ifalarında Azərbaycan musiqisinin nümunələri səsləndirilib. Musiqi proqramı tədbir iştirakçılarının böyük rəğbətinə səbəb olub.

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.